Bəxtiyar Məmmədov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Sətir 93: Sətir 93:


== Ədəbiyyat ==
== Ədəbiyyat ==
*{{ASE|498|}}
*{{ASE|Bəxtiyar Məmmədov|498}}
*{{ŞAZ|1|372 – 373}}
*{{ŞAZ|6|372 – 373}}
*{{cite web |url=http://www.azerbaijan-news.az/view-80915/neftci-omrunun-bextiyarligi |title=Neftçi ömrünün bəxtiyarlığı |author=Xoşbəxt Yusifzadə|date=18.10.2015 |website=http://www.azerbaijan-news.az/ |publisher=“Azərbaycan” qəzetinin saytı |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20201019150559/http://www.azerbaijan-news.az/view-80915/neftci-omrunun-bextiyarligi |archivedate =19 Oct 2020 }}
*{{cite web |url=http://www.azerbaijan-news.az/view-80915/neftci-omrunun-bextiyarligi |title=Neftçi ömrünün bəxtiyarlığı |author=Xoşbəxt Yusifzadə|date=18.10.2015 |website=http://www.azerbaijan-news.az/ |publisher=“Azərbaycan” qəzetinin saytı |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20201019150559/http://www.azerbaijan-news.az/view-80915/neftci-omrunun-bextiyarligi |archivedate =19 Oct 2020 }}
{{Yaxşı məqalə}}  
{{Yaxşı məqalə}}  
[[az:Bəxtiyar Məmmədov (neftçi)]]
[[az:Bəxtiyar Məmmədov (neftçi)]]
[[ru:Мамедов, Бахтияр Мамед Рза оглы]]
[[ru:Мамедов, Бахтияр Мамед Рза оглы]]

01:00, 21 oktyabr 2020 versiyası

Bəxtiyar Məmmədov
Məmmədov Bəxtiyar Məmmədrza oğlu
Fayl:Bəxtiyar Məmmədov.jpg
Bəxtiyar Məmmədov
bayraqAzərbaycan SSR neft hasilatı sənayesi naziribayraq
1965 — 1970
Şəxsi məlumatlar
Doğum tarixi 18 oktyabr 1925(1925-10-18)
Doğum yeri Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 1989(1989-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Elmi dərəcəsi texnika elmləri namizədi
Təltifləri

Sosialist Əməyi QəhrəmanıAzərbaycan SSR dövlət mükafatı"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adıSSRİ-nin fəxri neftçisi

Lenin ordeni"Qırmızı Əmək Bayrağı" ordeni"Oktyabr İnqilabı" ordeniVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Bəxtiyar Məmmədov — Azərbaycan sovet dövlət xadimi və neft sənayesi mütəxəssisi, Sosialist Əməyi Qəhrəmanı; 1965 – 1970-ci illərdə Azərbaycan SSR neft hasilatı sənayesi naziri vəzifəsində çalışmışdır.

Haqında məlumatlar

18 oktyabr 1925-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1943 – 1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunda dağ-mədən mühəndisi ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti

1948 – 1949-cu illərdə əvvəl “Orconikidzeneft” trestinin 5-ci mədənində neftçıxarma ustasının köməkçisi, sonra turbinli qazmanın şərq konturunda 6-cı dərəcəli qazma köməkçisi, “Orconikidzeneft” trestinin 1-ci mədənində qazma ustası, həmin trestin mədən müdirinin növbətçi köməkçisi,

1949 – 1951-ci illərdə “Orconikidzeneft” trestinin qazma ustası, mədən istismarı üzrə 1-ci mədəndə böyük mühəndis,

1951 – 1952-ci illərdə “UmBakı” mədənində baş mühəndis,

1952-ci ildə “Qobustanneft” trestinin “UmBakı” mədəninin müdiri,

1952 – 1955-ci illərdə “Gürcənneft” (Neft Daşları) neft-mədən idarəsinin 1-ci və 2-ci mədənlərinin müdiri,

1955 – 1962-ci illərdə Sov.İKP XXII qurultayı adına neft-mədən idarəsinin rəisi,

1962 – 1963-cü illərdə əvvəl “Azneft” birliyinin rəis müavini, sonra baş mühəndisi,

1963 – 1965-ci illərdə “Başdənizneft” idarəsinin rəisi,

1965 – 1970-ci illərdə Azərbaycan SSR neft sənayesi naziri,

1970 – 1972-ci illərdə “Xəzərdənizneft” birliyinin rəisi,

1972 – 1974-cü illərdə “26 Bakı komissarı” adına NQÇİ-nin rəisi,

1974 – 1976-cı illərdə Nigeriyada müqavilə əsasında məsləhətçi,

1976 – 1982-ci illərdə “Hidrodənizneft” İnstitutunun elmi işlər üzrə direktor müavini,

1982 – 1986-cı illərdə “Bula-dəniz” NQÇİ-nin rəisi,

1986 – 1989-cu illərdə “Hidrodənizneft” Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunun elmi-tədqiqat və təcrübə işləri üzrə şöbə müdiri vəzifəsində işləyib.

İctimai fəaliyyəti

Bir dəfə SSRİ Ali Sovetinin, dörd dəfə isə Azərbaycan SSR Ali Sovetinin deputatı, bir neçə dəfə Azərbaycan KP MK-nın üzvü və Azərbaycan KP Bakı Şəhər Komitəsinin büro üzvü seçilib.

Elmi fəaliyyəti

1963-cü ildə namizədlik dissertasiyası müdafiə edib. Neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. 50 elmi məqalənin müəllifidir. İxtiralara görə 9 müəlliflik şəhadətnaməsi alıb.

Təltif və mükafatları

Vəfatı

1989-cu ildə – 64 yaşında, Bakıda vəfat edib.

Ailəsi

Üç övladı olub; oğlu Yaşar ARDNŞ-də məsul vəzifədə çalışır. Böyük qızı İntizar uşaq həkimidir, kiçik qızı Hicran isə ginekoloq işləyir.

Ədəbiyyat

  • Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq. — Səh.: 498. — 80.000 nüsx.
  • Məmmədov Ə., Xalıqov F. Məmmədov Bəxtiyar // Şəki: Alim və ziyalılar. — Bakı. — 2 cilddə. — Səh.: 372 – 373.
  • Xoşbəxt Yusifzadə (18.10.2015). "Neftçi ömrünün bəxtiyarlığı". http://www.azerbaijan-news.az/ (azərb.). “Azərbaycan” qəzetinin saytı. 19 Oct 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə