Bəxtiyar Məmmədov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Sətir 71: Sətir 71:
=== İctimai fəaliyyəti ===
=== İctimai fəaliyyəti ===
Bir dəfə SSRİ Ali Sovetinin (7-ci çağırış), dörd dəfə isə Azərbaycan SSR Ali Sovetinin deputatı (4, 5, 6 və 8-ci çağırış), bir neçə dəfə Azərbaycan {{KP MK}}-nın üzvü və Azərbaycan {{KP}} Bakı Şəhər Komitəsinin büro üzvü seçilib. {{Sov.İKP}} XX qrultayının nümayəndəsi olub.
Bir dəfə SSRİ Ali Sovetinin (7-ci çağırış), dörd dəfə isə Azərbaycan SSR Ali Sovetinin deputatı (4, 5, 6 və 8-ci çağırış), bir neçə dəfə Azərbaycan {{KP MK}}-nın üzvü və Azərbaycan {{KP}} Bakı Şəhər Komitəsinin büro üzvü seçilib. {{Sov.İKP}} XX qrultayının nümayəndəsi olub.
[[Fayl:File.png|200px|thumb|left|təsvir]];


=== Elmi fəaliyyəti ===
=== Elmi fəaliyyəti ===

21:23, 14 aprel 2021 versiyası

Bəxtiyar Məmmədov
Məmmədov Bəxtiyar Məmmədrza oğlu
Fayl:Bəxtiyar Məmmədov.jpg
Bəxtiyar Məmmədov.
bayraqAzərbaycan SSR neft hasilatı sənayesi naziribayraq
1965 — 1970
Şəxsi məlumatlar
Doğum tarixi 18 oktyabr 1925(1925-10-18)
Doğum yeri Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 26 mart 1989 (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili Azərbaycan Sənaye İnstitutu, dağ-mədən mühəndisi ixtisası (1943–1949)
Elmi dərəcəsi texnika elmləri namizədi
Təltifləri

Sosialist Əməyi QəhrəmanıAzərbaycan SSR dövlət mükafatı"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adıSSRİ-nin fəxri neftçisi

Lenin ordeni"Qırmızı Əmək Bayrağı" ordeni"Oktyabr İnqilabı" ordeniVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Bəxtiyar Məmmədov (1925–1989) — Azərbaycan sovet dövlət xadimi və neft sənayesi mütəxəssisi, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar mühəndisi, Sosialist Əməyi Qəhrəmanı. 1965 – 1970-ci illərdə Azərbaycan SSR neft hasilatı sənayesi naziri olmuşdur.

Haqında məlumatlar

18 oktyabr 1925-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1943 – 1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunda dağ-mədən mühəndisi ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti

1948 – 1949-cu illərdə əvvəl “Orconikidzeneft” trestinin 5-ci mədənində neftçıxarma ustasının köməkçisi, sonra turbinli qazmanın şərq konturunda 6-cı dərəcəli qazma köməkçisi, “Orconikidzeneft” trestinin 1-ci mədənində qazma ustası, həmin trestin mədən müdirinin növbətçi köməkçisi,

1949 – 1951-ci illərdə “Orconikidzeneft” trestinin qazma ustası, mədən istismarı üzrə 1-ci mədəndə böyük mühəndis,

1951 – 1952-ci illərdə “UmBakı” mədənində baş mühəndis,

1952-ci ildə “Qobustanneft” trestinin “UmBakı” mədəninin müdiri,

1952 – 1955-ci illərdə “Gürcənneft” (Neft Daşları) neft-mədən idarəsinin 1-ci və 2-ci mədənlərinin müdiri,

1955 – 1962-ci illərdə Sov.İKP XXII qurultayı adına neft-mədən idarəsinin rəisi,

1962 – 1963-cü illərdə əvvəl “Azneft” birliyinin rəis müavini, sonra baş mühəndisi,

1963 – 1965-ci illərdə “Başdənizneft” idarəsinin rəisi,

1965 – 1970-ci illərdə Azərbaycan SSR neft sənayesi naziri,

1970 – 1972-ci illərdə “Xəzərdənizneft” birliyinin rəisi,

1972 – 1974-cü illərdə “26 Bakı komissarı” adına NQÇİ-nin rəisi,

1974 – 1976-cı illərdə Nigeriyada müqavilə əsasında məsləhətçi,

1976 – 1982-ci illərdə “Hidrodənizneft” İnstitutunun elmi işlər üzrə direktor müavini,

1982 – 1986-cı illərdə “Bula-dəniz” NQÇİ-nin rəisi,

1986 – 1989-cu illərdə “Hidrodənizneft” Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunun elmi-tədqiqat və təcrübə işləri üzrə şöbə müdiri vəzifəsində işləyib.

İctimai fəaliyyəti

Bir dəfə SSRİ Ali Sovetinin (7-ci çağırış), dörd dəfə isə Azərbaycan SSR Ali Sovetinin deputatı (4, 5, 6 və 8-ci çağırış), bir neçə dəfə Azərbaycan KP MK-nın üzvü və Azərbaycan KP Bakı Şəhər Komitəsinin büro üzvü seçilib. Sov.İKP XX qrultayının nümayəndəsi olub.

təsvir

;

Elmi fəaliyyəti

1963-cü ildə namizədlik dissertasiyası müdafiə edib. Neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. 50 elmi məqalənin müəllifidir. İxtiralara görə 9 müəlliflik şəhadətnaməsi alıb.

Təltif və mükafatları

Vəfatı

26 mart 1989-cu il tarixdə – 63 yaşında, Bakıda vəfat edib.

Xatirəsi

Ailəsi

Üç övladı olub; oğlu Yaşar ARDNŞ-də məsul vəzifədə çalışır. Böyük qızı İntizar uşaq həkimidir, kiçik qızı Hicran isə ginekoloq işləyir.

Ədəbiyyat

  • MƏMMƏDOV Bəxtiyar Məmmədrza oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1982. — VI  cild. — Səhifələrin sayı:  647. — Səh.: 498. — 80.000 nüsx.
  • Məmmədov Ə., Xalıqov F. Məmmədov Bəxtiyar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 372 – 373. — 1.000 nüsx.
  • Xoşbəxt Yusifzadə (18.10.2015). "Neftçi ömrünün bəxtiyarlığı". http://www.azerbaijan-news.az/ (azərb.). “Azərbaycan” qəzetinin saytı. 19 Oct 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə