Baş Şabalıd

WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni '{{YM |ad = BAŞ ŞABALID |xəritə = Seki.PNG |xəritə miqyas = 200px |xəritə məlumat = Şəki rayonu |xəritə1 =...' ilə yarat) tərəfindən edilmiş 23:48, 16 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Baş ŞabalıdAzərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.

Yaşayış məntəqəsi
Baş Şabalıd


Ölkə Azərbaycan
Rayon Şəki rayonu
Əhalisi 900 nəfər



Tarixi

Baş Şabalıd Şəki rayonunun Baş Goynuk inzibati ərazi vahidində kənd. Şin çayı sahilində, dağ yamacındadır. Keçmış adı Şabalıd olmuşdur. XIX əsrin əvvəllərində bu kənddən çıxmış ailələr tərəfindən Aşağı Şabalıd yaşayış məntəqəsi yarandıqdan sonra keçmiş kənd indiki adla tanınmışdır. Oykonim baş (yuxarı) ve Şabalıd (kənd adı) komponentlərindən düzəlib, "yuxarıda yerləşən Şabalıd kəndi" deməkdir[1].

Kənddə yerli camaatın qazıntıları zamanı insan sümüklərinin tapılması buranın tarixinin qədim olduğunu göstərir. İnsan sümükləri 4-5 metr dərinlikdən tapılır. Kənddə alban kilsəsinin olması burada insanların yaşayışının islamdan öncəsinə gedib çıxdığını görmək olar.

Mədəniyyəti

Baş Şabalıd kəndində mədəniyyətin formalaşmasında Baş Şabalıd kənd tam orta məktəbin böyük rolu olmuşdur. Hazırki məktəbin yerində qədim bir tikili vardır. Bu tikili vaxtilə mədrəsə kimi fəaliyyət göstərmişdir. Sonralar bu bina sovet hakimiyyəti illərində anbar, sonralar isə yenidən məktəb kimi istifadə olunmuşdur. XX əsrin 20-30- cu illərində kənddə 40 nəfərdən artıq şagird təhsil alırdı. Əhali İslam dininə inanır. Burada Şeyx Əhməd ziyarətgahı yerləşir. Kəndin müxtəlif yerlərində Alban kilsələri indiyədək qalmaqdadır. Yalnız bu kəndə məxsus danışıqda işlənən bəzi sözlər Türkiyə əhalisinin danışığı ilə uyğunluq təşkil edir.

Coğrafiyası və iqlimi

Şəki rayonunun şimal-qərbində kiçik bir kənd. Bir çıxış nöqtəsi var, üç tərəfdən dağla əhatə olunub. Çıxışında yerli camaat dilində "Quruçay" adlı çay var. Qışda qarlı, yayda isə sərin hava olur. Hətta kəndin içindən bir neçə balaca çaylar axır. Şəki rayonunda ən çox şabalıd ağacının olduğu kənddir.

Əhalisi

900 nəfərdən artıqdır.

Tanınmış şəxsləri

  • Şeyx Əhməd - övliya
  • Molla Mustafa — 1930-cu il bolşeviklərə qarşı baş vermiş Şəki üsyanının rəhbəri.
  • Müzəffər İdris oğlu - kəndin ilk müəllimlərindən
  • Yusif Şükürlü (Şükürov) — Fizika-riyaziyyar elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru

İqtisadiyyatı

Əhalisi əsasən təsərrüfatda əkinçilik və maldarlıqla məşğul olur.

İstinadlar

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.