Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Baş Kəldək

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:B{{YM |ad = BAŞ KƏLDƏK |xəritə = Seki.PNG |xəritə miqyas = 200px |xəritə məlumat = Şəki rayonu |xərit...' ilə yarat) tərəfindən edilmiş 23:46, 16 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Yaşayış məntəqəsi
Baş Kəldək


Ölkə Azərbaycan
Rayon Şəki rayonu
Əhalisi 1053 nəfər



Baş KəldəkAzərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

Baş Kəldək kəndi Şəki rayonu ərazisində yerləşən ən qədim kəndlərdən biridir. Bu faktı təkcə kənd ərazisində yerləşən 4 qəbirstanlıq subut edir ki, burada insan məskənlərinin kökləri çox qədimlərə gedir. Küngüt çayının sahilindədir. Keçmiş adı Kəldək olmuşdur. Kənd Baş Kəldək və Aşağı Kəldək inzibati ərazi vahidlərindən ibarətdir. Kəndin adının qarşısındakı "Baş" sözü kəndin Baş Qafqaz sıra dağlarının ətəklərində yerləşməsi ilə "Aşağı" sözü isə Şəki rayonunun aran-qışlaq ərazisində yerləşməsi ilə əlaqədardır. Aşağı Kəldək yaşayış məntəqəsinin də tarixi çox qədimlərə gedir və burada çox saylı insanların yaşadığına dair kənd ərazisində bir çox sübutlar var ancaq rəvayətə görə təbii fəlakət nəticəsində kənd dağılmışdır. Aşağı Kəldək İsmayıllı Qaraməryəm Şəki magistral yolundan 10 km cənubda yerləşir. Aşağı Kəldəyin qədimliyini sübuta yetirən daha bir fakta M.F. Axundovun komediya əsərindəki adı çəkilən "Mola İbrahim Xəlil Kimyagər" bədii obrazıdır ki bu şəxs reallıqda bu kəndin sakini olub. Baş Kəldək kəndi sakinlərinə məxsus əkinə yararlı pay torpaq sahələri məhz bu ərazidə; Aşagı Kəldək ətrfinda yerləşir. Baş Kəldək ərazisində "Ağ Məscid" deyilən yer varki bununda tarixi çox qədimdir; halhazirda kənd sakinlərinin ziyarətgah yeridir. Bundan əlavə kəndə yaxin dağliq ərazidə " Küngüt qalası" adli tarixi abidə varki buda b.e. 4-5 əsirlərində mudafiə məqsədi ilə inşa edilib ve kənd sakinləri arasinda " Həzrəti Əli" qalasi kimi qəbul edilir ki maraqli tarixcəsi var:Bu faktda özluyundə bu ərazidə insan yaşayiş məskənlərinin İslamdan cox əvvələrə getdiyini subut edir. Həmdə cografi mövqeyinə görə həmişə Dagistana gedib gələnlərin duşərgə yeri olub. Tarixi mənbələrdə Baş Gəldək variantında da qeydə alınmışdır. Azərbaycan toponimiyasında kəldək "daşlı sahə", gəldək "məhsuldar yer", "dincə qoyulmuş torpaq sahəsi" kimi izah olunur. Oykonim "yuxarı Kəldək kəndi" mənasındadır[1].

Baş Kəldək Şəkidən təqribən 32 km şərqdə yerləşir. Kənd hər tərəfdən sıra dağlar ilə əhatə olunmuşdur və Şimalda dağıstanla həmsərhəddir. Baş Kəldək həmçinin Oraban, Bideyiz və Baş Küngüt kəndləri ilə qonşudur. Baş Küngütlə sərhəddə Küngüt çayı axır və güclü yağışlar zamanı kəndə ziyan vururdu. Bunun qarşısını almaq üçün 2012-ci ildə kəndin kənarında ümumi uzunluğu 900 m olan bəndlər tikilmişdir.

Kənddə mavi yanacaq olmadığından oduncaq yandırırlar ki, bu da təbiətə mənfi təsir göstərir. Yaxın zamanlarda kəndin yolunun asfaltlaşdırılması və mavi yanacağın verilməsi gözlənilir.

Kənd 2000 ci ildə ayrilaraq mustəqil formada İcra Numayəndəliyi təsis etmişdir. " Xudayar Bəy " ləqəbi ilə taninan Bəybala Mirzəyev ( MAQBALA XATUN)adli şəxis ilk numayəndə təyin olunmuşdur və bu tarixdən etibarən kəndi " Danabaş Kəndi " usuli-idarəsi ilə idarə etmişdir ancaq bu 2011 ci ilə kimi davam etmişdir sonda iflasa ugramişdir.

Son illər kəndin turizim patensiali artmisdir xususi ilədə Ovçuluq- dagçiliq turizimi. Kənd ərazisində Ovçular evi fəaliyyət gostərir.

Coğrafiyası və iqlimi

Relyefi dağlıq, iqlimi isə mülayimdir. Ümumilikdə mülayim iqlim qurşağında yerləşir. Kənd coğrafi mövqeyinə görə Küngüt Çayinin sag sahilində Baş Qafqaz sira dağlarindan ayrilan silsilənin kənarinda yayla tipli duzənlik ərazidə yerləşir.

Əhalisi

Kəndin əhalisi 1053 nəfər təşkil edir ki, onun da 549 nəfəri kişi, 504 nəfəri isə qadındır. Əhalisinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və dağçılıq ovçuluqdur. Kəndə 250 çox ev təsərufat var. Kəndin əkinə yararli 600 ha torpaq sahasi var( Bələdiyyə və kənd sakinərinə məxsus torpaq).

Din

Kənddə Baş Kəldək kənd məscidi dini icması fəaliyyət göstərir[2].

İstinadlar

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  2. MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər. scwra.gov.az  (azərb.)

Vikianbarda Baş Kəldək ilə əlaqəli mediafayllar var.