Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı

Baş Küngüt

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:B{{YM |ad = BAŞ KÜNGÜT |xəritə = Seki.PNG |xəritə miqyas = 200px |xəritə məlumat = Şəki rayonu |xər...' ilə yarat) tərəfindən edilmiş 23:45, 16 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Yaşayış məntəqəsi
Baş Küngüt


Ölkə Azərbaycan
Region Şəki rayonu
Koordinatlar 41°09′41″N 47°19′17″E / 41.1615°N 47.3215°E / 41.1615; 47.3215 Map marker.svg41°09′41″N 47°19′17″E / 41.1615°N 47.3215°E / 41.1615; 47.3215
Əhalisi 1600 nəfər
Poçt indeksi AZ5515[1]
Xəritəni aç/bağla
Baş Küngüt (Azərbaycan)
Red pog.png


Baş KüngütAzərbaycan Respublikasının Şəki rayonunun Baş Küngüt inzibati ərazi vahidində kənd. Şəki şəhərindən 27 km şimal-şərqdə yerləşir, Əyriçayın qolu olan Küngüt çayının sahilində, Bideyiz kəndindən şimaldadır. Ərazisində orta əsrlərə aid Küngüt qalası var.

Tarixi[redaktə | HTML redaktə]

Toponimin "Baş" hissəsi kəndin üst, hündür, yuxarı yerdə (yəni "başda") yerləşməsini əks etdirən sözdür.

Toponimin ikinci komponenti olan "Küngüt" isə, XIII əsrdə monqol işğallarında iştirak etmiş kungiyat (monqolca adı Кунгият) tayfasının adını əks etdirir.

Kəndin adının ümumi mənası da "yuxarı tərəfdə yerləşən Küngüt kəndi" deməkdir[2].

Mədəniyyəti[redaktə | HTML redaktə]

Baş Küngüt kəndi Şəkinin ən qədim yaşayış məntəqələrindəndir. Kənd ərazisində Alban məbədi, Həzrət Əli qalası və bir sıra tarixi abidələr yerləşir. Təəssüflər olsun ki, bu abidələrdən heç biri dövlət səviyyəsində araşdırılmayıb və hal-hazırda qorunmur.

Baş Küngüt kəndi çox gözəl mədəniyyətə malikdir. Burada Baş Küngüt kənd mədəniyyət evi fəaliyyət göstərir. Kəndin zəngin kulinariyası var.

Kənddə məhəllələrin tarixi adları vardır və bu adların etimologiyasının araşdırılması maraqlı olar. Məsələn: Həjjərlər, Süvərlər, Papaqçılar, Dəmirçilər və s. Kəndin mədəniyyətində Novruz bayramı xüsusi yer tutur. Belə ki, Novruz ərəfəsində 10-cu sinif şagirdləri kənd ərazində "Qodu-qodu" gəzir və kənd camaatı onlara sovqat verir və yığılan sovqatla şənlik təşkil olunur. Kənd əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Lakin, az sayda ləzgilər, avarlar və ruslar da var.

Coğrafiyası və iqlimi[redaktə | HTML redaktə]

Baş Küngüt əsasən dağlıq ərazidə yerləşir. Kənd şimaldan Böyük Qafqaz dağları ilə əhatə olunmuşdur. Kəndin Şərqindən Küngütçay axır. Əsasən yayın sonu və payızın əvvəlində çayda daşqınlar olur. Kəndin içərisindən isə Qara çay adlı kiçik bir çay axır.

Cənubdan Bideyiz, şərqdən Baş Kəldək, cənub-şərqdən isə Oraban kəndləri ilə əhatə olunmuşdur.Baş Küngüt kəndi gözəl iqlim tipinə malikdir. Burada yay turizmi üçün əlverişli olan Küngüt istirahət mərkəzi də vardır. Bu istirahət mərkəzi dağın üzərində, kənddən 130 metr yüksəklikdə yerləşir.

Əhalisi[redaktə | HTML redaktə]

2009-cu il siyahıya alınmasında əhalinin sayı 1600 nəfər təşkil edib. [Mənbə göstərin]

Görkəmli şəxsiyyətləri[redaktə | HTML redaktə]

Görkəmli maarifçi Nazim Hacıyev Baş Küngüt kəndində doğulmuşdur.

Din[redaktə | HTML redaktə]

Kənddə Baş Küngüt kənd məscidi dini icması fəaliyyət göstərir[3].

Mənbə[redaktə | HTML redaktə]

İstinadlar[redaktə | HTML redaktə]

  1. Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  3. MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər. scwra.gov.az  (azərb.)

Xarici keçidlər[redaktə | HTML redaktə]