Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Babək İsgəndərov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 14:36, 4 yanvar 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Babək İsgəndərov
Babək İsgəndərov
Babək İsgəndərov Böyük Qafqaz dağlarında
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyun 1986 (1986-06-01) (37 yaş)
Doğum yeri Oravan (indiki Oraban), Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (2006–2011)

 • Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Dağçılıq Məktəbi (2011)

Babək İsgəndərov — tanınmış alpinist, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Dağçılıq Məktəbininin tədris bölməsinin rəhbəri.

Haqqında məlumatlar

1 iyun 1986-cı il tarixdə Şəki rayonunun Oravan (indiki Oraban) kəndində anadan olub.

Təhsili

2006 – 2011-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman turizmi ixtisası üzrə təhsil alıb.

2011-ci ildə həm də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Dağçılıq Məktəbini bitirib.

Əmək və idman fəaliyyəti

2011-ci ildən sonra Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasında (FAIREX) çalışır; o cümlədən, əvvəl təlimçi, sonra isə federasiyanın Dağçılıq Məktəbininin tədris bölməsinin rəhbəri olub.

2017-ci ilin avqust ayında Avrasiya Alpinizm və Qayayadırmanma Assosiyası və Rusiyanın Milli və Qeyri-olimpiya İdman Növləri Birliyinin təskilatcılığı ilə keçirilmiş Beynəlxalq Alpiniada yarışlarında iştirak etmiş və bu yarışılar çərçivəsində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dağçılarından ibarət ekispedisiya qrupunun digər üzvü Rinat Rəhimxanovla birlikdə Qafqaz dağlarının ən hündür zirvəsi olan Elbrusa (5642 m) qalxmışdır.