Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Baba Babazadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 18:24, 17 mart 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Baba Babazadə
Baba Hüseynəli oğlu Babazadə (Babayev)
Baba Babazadə
Baba Babazadə.
Doğum tarixi 17 mart 1955(1955-03-17)
Doğum yeri Baş Göynük, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 6 may 2011 (56 yaşında)
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor

Baba Babazadə (1955 – 2011) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri.

Haqqında məlumatlar

17 mart 1955-ci il tarixdə Nuxa rayonunun Baş Göynük kəndində anadan olub.

Təhsili

1972-ci ildə Baş Göynük kənd 1 saylı orta məktəbi bitirib.

1976-ci ildə S.M.kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin hazırlıq şöbəsinə daxil olub.

1977 – 1982-ci illərdə S.M.kirov adına Azərbaycan Dövlət Universitetin filologiya fakültəsində təhsil alıb.

1984 – 1987-ci illərdə S.M.kirov adına Azərbaycan Dövlət Universitetin aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1982-ci ildən Quba rayonunun Talabı kənd məktəbində müəllim,

1988-ci ildən S.M.kirov adına Azərbaycan Dövlət Universitetin filologiya fakültəsində baş laborant vəzifəsində işləyib.

1995 – 2011-ci illərdə Bakı Dövlət Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında oşləmiş, o cümlədən,

1995-ci ildə dosent,

2000-ci ildən kafedranın müdiri,

2006-cı ildə professor əvəzi vəzifəsini tutmuşdur.

Elmi fəaliyyəti

1988-ci ildə “XX əsrin satirik nəsrində tipikləşdirmə” mövzusunda namizədlik dissertasiyasını,

2004-cü ildə “XX əsr Azərbaycan ədəbiyyatında bədii tip problemi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

2005-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsini,

2011-ci ildə professor elmi adını alıb.

Digər

1998-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Vəfatı

6 May 2011-ci il tarixdə – 56 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Əsərləri

  • 1. Bədii ədəbiyyatda tipiklik (dərs vəsaiti). Bakı: APU nəşriyyatı, 1992, 92 səh.
  • 2. Tənqidi realist ədəbiyyatda bədii tip məsələsi. Bakı: Şirvannəşr, 1998, 90 səh.
  • 3. Maarifpərvər ədəbiyyatda xarakter problemi. Bakı: Şirvannəşr, 1998, 124 səh.
  • 4. Romantizm və bədii xarakter problemi. Bakı: Şirvannəşr, 1998, 90 səh.
  • 5. Ədəbi xarakter və tip. Bakı: Elm nəşriyyatı, 1999, 96 səh.
  • 6. "Kitabi Dədə Qorqud" dastanında bədii təhkiyə. Bakı: Elm nəşriyyatı, 2000, 60 səh.
  • 7. Klassik ədəbiyyatda bahariyyələr (nəzəriyyə və poetik məsələlər). Bakı: BDU nəşri, 2000, 40 səh.
  • 8. XX əsr satirik şerində tip və tipiklik. Bakı: BDU nəşri, 2000, 102 səh.
  • 9. Prof. İnayət Bəktaşi - 70 (həyatı və yaradıcılığı). Bakı: BDU nəşri, 2001, 32 səh.
  • 10.Azərbaycan sentimentalizmi. Bakı: BDU nəşri, 2003, 110 səh.