Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Baba Babazadə

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 10:34, 26 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
BABA BABAZADƏ
Baba Hüseynəli oğlu Babazadə
BABA BABAZADƏ
Doğum tarixi 17 mart 1955(1955-03-17)
Doğum yeri Şəki rayonu, Baş Göynük
Vəfat tarixi 6 may 2011(2011-05-06)

Babazadə Baba Hüseynəli oğlu — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor

Həyatı

Baba Babazadə 1955-ci il martın 17-də Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. 1972-ci ildə Baş Göynük kənd 1 saylı orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Universitetində (indiki BDU ) davam etdirmişdir. 1984-87-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspirantı olmuşdur. 1988-ci ildə "XX əsrin satirik nəsrində tipikləşdirmə" mövzusunda dissertasiya müdafiə etmiş, fılologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

"Bədii ədəbiyyatda tipiklik" (1992) adlı ilk kitabı ali məktəblər üçün dərs vəsaiti kimi tövsiyə olunmuş və kütləvi tirajla nəşr edilmişdir. Dövri mətbuatda Azərbaycan ədəbiyyatının aktual problemlərinə dair məqalələri dərc olunmuşdur. "XX əsrin Azərbaycan ədəbiyyatında bədii tip problemi" mövzusunda doktorluq dissertasiyasını başa çatdırmışdır. 1995-ci ildə BDU-nun Azərbaycan Ədəbiyyatı kafedrasının dosenti seçilmişdir.

Baba H.Babazadə dəfələrlə Beynəlxalq və Respublika elmi konfranslarında çıxış etmiş,18 kitabın və 150-yə qədər respublika və xarici mətbuatda dərc olunmuş elmi məqalələrin müəllifi olmuşdur. Həmçinin B.Babazadə BDU-nun Klassik Azərbaycan ədəbiyyatı kafedrasında bakalavr və magistratura pillələrində ixtisas fənnləri üzrə mühazirə oxumaq və məşğələlər aparmaqla yanaşı,eləcə də magistr dissertasiyaları və buraxılış işlərinə rəhbərlik etmişdir.

Ədəbiyyatşünaslığın müxtəlif problemləri ilə bağlı respublikada keçirilən simpoziyum,konfrans və yubiley sessiyalarında - Nizami Gəncəvinin anadan olmasının 850 , M.F.Axundovun anadan olmasının 175 , Səməd Vurğunun anadan olmasının 80 illiyi və s. tədbirlərdə məruzələrlə çıxış edib.

1998-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir. 2000-ci ildə BDU-nun Azərbaycan Ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur.

Baba Babazadə 2005-ci ildə filologiya elmləri doktoru dərəcəsi almış ,2006-cı ildə professor əvəzi vəzifəsində çalışmışdır. 2011-ci ildə professor elmi dərəcəsini almışdır.

2008-ci ildə Azərbaycan Kütləvi informasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyyətinin qərarı ilə "Qızıl Qələm" Media Mükafatı Lauriyatı adını almışdır.

Baba Babazadə 6 May 2011-ci ildə uzun sürən xəstəlikdən vəfat etmişdir.

Əsərləri

  • 1. Bədii ədəbiyyatda tipiklik (dərs vəsaiti). Bakı: APU nəşriyyatı, 1992, 92 səh.
  • 2. Tənqidi realist ədəbiyyatda bədii tip məsələsi. Bakı: Şirvannəşr, 1998, 90 səh.
  • 3. Maarifpərvər ədəbiyyatda xarakter problemi. Bakı: Şirvannəşr, 1998, 124 səh.
  • 4. Romantizm və bədii xarakter problemi. Bakı: Şirvannəşr, 1998, 90 səh.
  • 5. Ədəbi xarakter və tip. Bakı: Elm nəşriyyatı, 1999, 96 səh.
  • 6. "Kitabi Dədə Qorqud" dastanında bədii təhkiyə. Bakı: Elm nəşriyyatı, 2000, 60 səh.
  • 7. Klassik ədəbiyyatda bahariyyələr (nəzəriyyə və poetik məsələlər). Bakı: BDU nəşri, 2000, 40 səh.
  • 8. XX əsr satirik şerində tip və tipiklik. Bakı: BDU nəşri, 2000, 102 səh.
  • 9. Prof. İnayət Bəktaşi - 70 (həyatı və yaradıcılığı). Bakı: BDU nəşri, 2001, 32 səh.
  • 10.Azərbaycan sentimentalizmi. Bakı: BDU nəşri, 2003, 110 səh.