Badisəba Köçərli

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Badisəba Köçərli
Köçərli Badisəba Mustafa ağa qızı
Badisəba Köçərli
Badisəba Köçərli.
Doğum tarixi 22 mart 1881(1881-03-22)
Doğum yeri Salahlı kəndi, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi yanvar 1954(1954-01-00) (72 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Firidun bəy Köçərli
Təhsili Azərbaycan Pedaqoji İnstitutu (1920-ci illər)
Mükafatları "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı
"Şərəf Nişanı" ordeni"Qafqazın müdafiəsinə görə" medalı

Badisəba Köçərli (1881–1954) — tanınmış pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi; uşaqların tərbiyəsi və təhsilə cəlb olunması, qadınlar arasında savadsızlığın ləğv edilməsində xidmətləri olub.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

22 mart 1881-ci il tarixdə Qazax qəzasının Salahlı kəndində anadan olub.

Qızlıq familiyası “Vəkilova” idi.

1897-ci ildə görkəmli Azərbaycan maarifçisi və Azərbaycan ədəbiyyatı tənqidçisi Firidun bəy Köçərliyə ərə getdikdən sonra ərinin soyadına keçib.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1920-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

Badisəba Köçərli Nuxa 2 №-li uşaq evində işləyərkən.

1921 – 1924-cü illərdə Bakı qadın seminariyasında müəllim işləyib.

1925 – 1929-cu illərdə Zaqatala Pedaqoji Texnikumunun,

1929-cu ildə Quba Pedaqoji Texnikumunun,

1930 – 1953-ci illərdə isə Nuxa 2 №-li uşaq evinin direktoru olub.

İctimai fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

19481951-ci illərdə Nuxa rayon Sovetinə deputat seçilib.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Vəfatı[Vizual redaktə | HTML redaktə]

1954-cü ilin yanvar ayında – 72 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]