Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Bakıxan Səlimli

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Bakıxan Səlimli
Səlimli Bakıxan Alim oğlu
Bakıxan Səlimli
Bakıxan Səlimli.
Doğum tarixi 31 avqust 1993(1993-08-31)
Doğum yeri Əliyar, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 24 oktyabr 2020 (27 yaşında)
Vəfat yeri Füzuli rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Əliyar kəndinin qəbiristanlığı, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Atası Alim Səlimov
Anası Surahı
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Rütbə OR-9 AZE ARMY.svg baş gizir
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2021"Füzulinin azad olunmasına görə" medalı — 2020"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı — 2018

Bakıxan Səlimli (1993–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş giziri.

Haqqında məlumatlar

31 avqust 1993-cü il tarixdə Şəki rayonunun Əliyar kəndində anadan olub.

Təhsili

2000 – 2009-cu illərdə Şəki rayonu Əlyar kənd ümumi orta məktəbində təhsil alıb.

Hərbi xidmətdə

2011 – 2012-ci illərdə həqiqi hərbi xidmətdə olub.

2015-ci ildən bəri Xüsusi Təyinatlı Qüvvələrdə baş gizir kimi qulluq edirdi. Aprel döyüşlərində iştirak edib.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərdə iştirak edib. Ağdam, Füzuli istiqamətlərdə vuruşub.

Şəhid olması

24 oktyabr 2020-ci il tarixdə – 27 yaşında, Füzuli uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

29 oktyabr 2020-ci il tarixdə Əliyar kəndinin kənd qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları

Ailəsi

Ailədə üç qardaş, üç bacı olublar. Subay idi.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (15 yanvar 2021).
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : BAKIXAN Alim oğlu Səlimli : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Həmçinin, bax: