Baltalı

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:42, 16 mart 2020 tarixli dəyişiklik

BaltalıAzərbaycan Respublikasının Şəki rayonunun Kiş inzibati ərazi vahidində kənd.

Yaşayış məntəqəsi
Baltalı


Ölkə Azərbaycan
Region Şəki rayonu
Əhalisi 2051 nəfər
Poçt indeksi AZ5513[1]



Tarixi

Kiş çayının sağ sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsini XIX əsrdə Gürcüstanın indiki Laqodexi rayonundakı Balta kəndindən köçüb gəlmiş ailələr salmışlar. Baltalı qədim türk tayfalarından birinin adıdır. Qədim zamanlarda türk ellərinə yadellilərin hucumu zamanı hər bir kənd müxtəlif silahlarla silahlanırdı. Sonralar kəndlər döyüŞ zamanı yerinə yetirdikləri funksiyalarına görə adlandırılırdı. Məs.: balta > baltalı/baltaçı; sapan > sapancı/sabançı/ sabance/sabuncu; yay > yaylı/yayçı; qılınc > kılıclı/qılınclı; top > topcu və s. Başqırdıstanda Baltaçayevski, Starobaltacevo, Tatarıstanda Baltask, Odessa vilayətində Balta və s. qeydə alınmışdır[2].

Coğrafiyası və iqlimi

Kənd Şəkinin 6–7 km-ində yerləşir. Gözəl hava və yodsuz suyu ilə tanınmaqdadır.

Əhalisi

Kəndin əhalisi 2051 nəfər təşkil edir ki, onun da 1041 nəfəri kişi, 1010 nəfəri isə qadındır. Əhalinin əksəriyyətini digər kəndlərdən bura gələnlər təşkil edir.Yaşlıların dediyinə görə xastəliklə əlaqədar kəndin əhalisinin 90 faizi vəfat etmişdir.

İqtisadiyyatı

Kənd əhalisi əsasən taxılçıliq və tərəvəzçiliklə məşğuldur. Kənd Şəki şəhərini və ətraf kəndləri əksər növ kənd təsərrüfatı məhsulları ilə təmin edir. Buna baxmayaraq hələ də kəndin yolları çox pis vəziyyətdədir. Qaz isə demək olar bu kəntdə olmayıb. Çoxlu sərin bulaqları və yaşıllıqıarı olması turizm potensialının olduğunu demeye imkan veir. Amma kənd hələ də aidiyyatı olan qurumların diqqətindən kənar qalır.

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.