Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Barat Osmanova

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 01:20, 22 noyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Barat Osmanova
Osmanova Barat Rəhim qızı
Barat Osmanova
Barat Osmanova.
Doğum tarixi 8 mart 1940 (1940-03-08) (84 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elm sahəsi filologiya
İş yeri AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, filologiya şöbəsi (aparıcı elmi işçi)
Elmi dərəcəsi filologiya elmləri namizədi
Elmi adı dosent
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi, türk filologiyası şöbəsi (1957–1962)
Uşaqları Jalə və Samir
Atası Rəhim Əyyub oğlu Osmanov
Anası Firat Babayeva

Barat Osmanova — filologiya elmləri namizədi, dosent, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsinin aparıcı elmi işçisi.

Haqqında məlumatlar

8 mart 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1957-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini bitirib.

1957 – 1962-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk filologiyası şöbəsində təhsil alıb.

Elmi fəaliyyəti

1979-cu ildə filologiya elmləri doktoru Y.Şirvanın rəhbərliyi altında “Məlih Cevdət Andayın həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1918-ci ildə dosent elmi adını alıb.

5-i xaricdə olmaqla çapdan çıxmış 69 məqalənin və 6 kitabın müəllifidir. 1 fəlsəfə doktorunun elmi rəhbəri olub.

Əmək fəaliyyəti

1962-ci ildə Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutunda/AMEA Şərqşünaslıq İnstitutunda işləyir.

1 il pedaqoji stajı var (Bakı Dövlət Universitetində saathesabı dərs deyib).

Ailəsi

Ailəlidir. İki övladı və dörd nəvəsi var.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Osmanova Barat // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 455. — 1.000 nüsx.
  2. Bəşirov R., Hacıyev N. Osmanova Barat Rəhim qızı // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı:  200. — Səh.: 159-161.
  3. Osmanova Barat Rəhim qızı // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı:  356. — Səh.: 226-227. — ISBN 978-9952-8176-4-5.
  4. Şərqşünaslıq İnstitutunun fəlsəfə doktorları : Osmanova Barat Rəhim qızı : [arx. 21.11.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 21.11.2021.