Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

"Baxşəli Axundov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 31: Sətir 31:
 
  |Vikianbar        =  
 
  |Vikianbar        =  
 
}}
 
}}
'''Baxşəli Axundov''' (1998–1985) — Şəkidə öz dövründə çox böyük hörmət qazanmış ziyalı. Şəkidəki birinci ibtidai musiqi məktəbinin, [[Şəki Musiqi Texnikumu|Şəki Musiqi Texnikumunun]], [[Şəki Dövlət Diyarşünaslıq Muzeyi|Şəki Dövlət Diyarşünaslıq Muzeyininin]] təşkil edilməsində müstəsna xidmətləri olub. İti hafizəsinə, dünyagörüşünə və savadına görə yaşadığı dövrdə “yeriyən canlı ensiklopediya” da adlandırılıb{{sfnaz|ŞGS|2018|p=182}}.  
+
'''Baxşəli Axundov''' (1898–1985) — Şəkidə öz dövründə çox böyük hörmət qazanmış ziyalı. Şəkidəki birinci ibtidai musiqi məktəbinin, [[Şəki Musiqi Texnikumu|Şəki Musiqi Texnikumunun]], [[Şəki Dövlət Diyarşünaslıq Muzeyi|Şəki Dövlət Diyarşünaslıq Muzeyininin]] təşkil edilməsində müstəsna xidmətləri olub. İti hafizəsinə, dünyagörüşünə və savadına görə yaşadığı dövrdə “yeriyən canlı ensiklopediya” da adlandırılıb{{sfnaz|ŞGS|2018|p=182}}.  
  
 
==Haqqında məlumatlar==
 
==Haqqında məlumatlar==

19:55, 24 sentyabr 2021 versiyası

Baxşəli Axundov
Axundov Baxşəli Kazım oğlu
Baxşəli Axundov
Baxşəli Axundov, 1976-cı il.
Digər adı Baxşəli əfəndi
Doğum tarixi 1898(1898-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1985(1985-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Molla Kazım
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ

Baxşəli Axundov (1898–1985) — Şəkidə öz dövründə çox böyük hörmət qazanmış ziyalı. Şəkidəki birinci ibtidai musiqi məktəbinin, Şəki Musiqi Texnikumunun, Şəki Dövlət Diyarşünaslıq Muzeyininin təşkil edilməsində müstəsna xidmətləri olub. İti hafizəsinə, dünyagörüşünə və savadına görə yaşadığı dövrdə “yeriyən canlı ensiklopediya” da adlandırılıb[1].

Haqqında məlumatlar

1898-ci ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

İlk təhsilini Nuxada, atasının direktor olduğu yeni tipli məktəbdə alıb. Daha sonra Paris Universitetinin tibb fakültəsində oxuyub. Lakin ailə vəziyyəti ilə bağlı təhsilini yarımçıq buraxmağa məcbur olub.

Əmək fəalliyyəti

Bir müddət İranda müəllimlik edib, sonra Nuxaya qayıdıb, qəza firqə komitəsinin katibi, qəza maarif şöbəsinin müdiri və s. vəzifələrdə işləyib.

1936-cı ildə Kirovabadda (indiki Gəncə) qəzet redaksiyasında şöbə müdiri olub.

1959 – 1985-ci illərdə, əvvəl Nuxa Musiqi Texnikumunun, sonra isə Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyinin direktoru olub.

Teatr fəaliyyəti

1920-ci ildə Nuxada Fəhlə-kəndli klubu nəzdində teatr qrupu təşkil edib. SSRİ Xalq artisti İsmayıl Osmanlı sənət taleyindən söhbətinə həmişə bu sözlərlə başlayardı:

" Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu dərk edə bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı[2]. "

Jurnalistlik fəaliyyəti

Dövrü-mətbuatda «B.A» (“Kommunist”, “Yeni fikir” 1924 − 1937; “Şəki fəhləsi”, 1925), «Bəka» (“Kommunist”, “Yeni fikir”, “Yeni yol”, “Nuxa fəhləsi”, 1922 − 1937), «Bəxşəli» (“Şəki fəhləsi”, 1925), «Quqkay» (“Molla Nəsrəddin”, 1923), «Kazımlı» (“Yeni fikir”, “Kommunist”, “Kəndçi qəzeti”), «Maqqay» (“Molla Nəsrəddin”, 1925) imzaları ilə[3] müntəzəm olaraq publisistik məqalələrə çıxış etmiş, xalqın maariflənməsinə çalışmışdır.

Həbsi

1937-ci ildə repressiyaya məruz qalıb və 1947-ci ilə kimi Sibirdə həbsdə olub. 1956-cı ildə bəraət alıb[4].

Vəfatı

1985-ci ildə – 87 yaşında, Şəkidə vəfat edib.

İstinadlar

Ədəbiyyat

  1. Mete Ə. Axundov Baxşəli Kazım oğlu // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 111-112. — 500 nüsx.
  2. Orsər R. Baxşəli Axundov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 182. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  3. Məmmədli Q. İmzalar. — təkrar (2010). — «Azərbaycan Dövlət Nəşriyyatı», 1977. — Səh.: 21, 24, 25, 34. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 iyun 2020.
  4. Təranə Məhərrəmova (2017). "Epizodik rolların mahir ifaçısı". http://anl.az/ (azərb.). “Kaspi” qəzeti. 12 Jun 2020 tarixində arxivləşdirilib.
  5. Mete Ə. Baxşəli Kazım oğlu Axundov // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 9. — 500 nüsx.