Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Baxşəli Axundov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 23:06, 4 iyul 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Baxşəli Axundov
Axundov Baxşəli Kazım oğlu
Baxşəli Axundov
Baxşəli Axundov, 1976-cı il
Digər adı Baxşəli əfəndi
Doğum tarixi 1898(1898-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1985(1985-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ

Baxşəli Axundov (Axundov Baxşəli Kazım oğlu; d. 1898-ci ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 1985-ci ildə, Şəki, Azərbaycan SSR, SSRİ) – Şəkidə teatrın, musiqi texnikumunun, uşaq musiqi məktəblərinin, diyarşünaslıq muzeyinin yaradılmasında çox böyük əməyi olmuş ziyalı. İti hafizəsinə, dünyagörüşünə və savadına görə yaşadığı dövrdə “canlı ensiklopediya” da adlandırılıb.

Haqqında məlumatlar

1895-ci ildə Nuxada anadan olub.

Parisdə (Fransa) tibb təhsili alarkən, ailəsinin xahişi ilə Nuxaya qayıtmış və bundan sonra Parisə geri dönə, təhsilini tamamlaya bilməmişdir. Əvəzində Tehrana (İran) − orada yaşayan qardaşının yanına getmiş, bir müddət İranda müəllimlik etmiş, sonra Nuxaya qayıtmış, qəza firqə komitəsinin katibi, qəza maarif şöbəsinin müdiri, musiqi texnikumunun direktoru vəzifələrində işləmişdir.

Dövrü-mətbuatda «B.A» (“Kommunist”, “Yeni fikir” 1924 − 1937; “Şəki fəhləsi”, 1925), «Bəka» (“Kommunist”, “Yeni fikir”, “Yeni yol”, “Nuxa fəhləsi”, 1922 − 1937), «Bəxşəli» (“Şəki fəhləsi”, 1925), «Quqkay» (“Molla Nəsrəddin”, 1923), «Kazımlı» (“Yeni fikir”, “Kommunist”, “Kəndçi qəzeti”), «Maqqay» (“Molla Nəsrəddin”, 1925) imzaları ilə[1] müntəzəm olaraq publisistik məqalələrə çıxış etmiş, xalqın maariflənməsinə çalışmışdır.

SSRİ Xalq artisti İsmayıl Osmanlı sənət taleyindən söhbətinə həmişə bu sözlərlə başlayardı:

" Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu dərk edə bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı[2]. "

Ailəsi

Nuxa teatrında ilk dəfə səhnəyə çıxmış üç qadından birini – Anabəyimi, özünə həyat yoldaşı seçmişdir; hesab edibmiş ki, səhnəyə çıxan qızlardan birini özü alarsa, ona baxıb, o birilərini də başqaları ala bilər və qızlar da evdə qalmazlar.

İstinadlar

  1. Məmmədli Q. İmzalar. — təkrar (2010). — «Azərbaycan Dövlət Nəşriyyatı», 1977. — Səh.: 21, 24, 25, 34,. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 iyun 2020.
  2. Təranə Məhərrəmova (20 aprel 2017). "Epizodik rolların mahir ifaçısı". http://anl.az/ (azərb.). “Kaspi” qəzeti. 12 Jun 2020 tarixində arxivləşdirilib.

Ədəbiyyat

Şablon:Yaxşı məqalə