Baxtiyar Mustafayev (1901–1964) — sovet dövründə müxtəlif vaxtlarda Ağdam rayon sovetinin və Nuxa şəhər sovetinin sədr müavini olmuş şəxs.

Baxtiyar Mustafayev
Mustafayev Baxtiyar İsmayıl oğlu
Baxtiyar Mustafayev
Baxtiyar Mustafayev.
Digər adı Bəxtiyar Mustafayev
Doğum tarixi 1901(1901-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 7 may 1964 (63 yaşında)
Vəfat yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi uzun sürən ağır xəstəlik
Uşağı Rəna Mustafayeva
İxtisası aqronom
Təhsili Bakı Kənd Təsərrüfatı Texnikumu (–1931)
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni

Haqqında məlumatlar Redaktə

1901-ci ildə Nuxada (indiki Şəki) sənətkar ailəsində anadan olub.

Təhsili Redaktə

1931-ci ildə Bakıda kənd təsərrüfatı texnikumunu bitirib.

Əmək fəaliyyəti Redaktə

1931-ci ildən sonra Nuxa və Ağdam kənd təsərrüfatı texnikumlarında müəllim və direktor,

1942 – 1945-ci illərdə Ağdam rayon icraiyyə komitəsi sədrinin müavini,

1945 – 1947-ci illərdə Nuxa rayon torpaq şöbəsinin müdiri,

1947 – 1952-ci illərdə Nuxa şəhər partiya komitəsinin katibi və rayon icraiyyə komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

1960-cı ildə pensiyaya çıxıb.

İctimai-siyasi aktivliyi Redaktə

1942-ci ildən kommunist (b) partiyasının üzvü olub.

1948-ci ildə ikinci çağırış Nuxa şəhər sovetinin,

1951-ci ildə üçüncü çağırış Nuxa şəhər sovetinin,

1953-cü ildə dördüncü çağırış Nuxa şəhər sovetinin,

1955-ci ildə beşinci çağırış Nuxa şəhər sovetinin,

1957-ci ildə isə altıncı çağırış Nuxa rayon sovetinin deputatı seçilib.

Təltif və mükafatları Redaktə

Vəfatı Redaktə

7 may 1964-cü il tarixdə – 63 yaşında, uzun sürən ağır xəstəlikdən sonra Nuxada vəfat edib.

9 may 1964-cü il tarixdə Nuxada çıxan “Lenin bayrağı” qəzetində vəfatı münasibəti ilə yoldaşlarından bir qrupu adından nekroloq, həmçinin Nuxa şəhər partiya komitəsi və Nuxa şəhər Sovetinin icraiyyə komitəsi adından başsağlığı dərc edilib.

Ədəbiyyat Redaktə

  1. BAXTİYAR MUSTAFAYEV = БАХТИЈАР МУСТАФАЕВ // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1964. — В. 9 may. — № 55 (352). — Səh. 4.
  2. Məmmədov Ə., Xalıqov F. Mustafayev Bəxtiyar İsmayıl oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 304. — 600 nüsx. — ISBN 5-8066-1708-4.

Həmçinin, bax: Redaktə