Bayram Salamov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 04:26, 6 noyabr 2021 tarixli redaktə
Bayram Salamov
Salamov Bayram Zikir oğlu
Bayram Salamov
Bayram Salamov, çəkdiyi tablonun qarşısında.
Doğum tarixi 7 noyabr 1965 (1965-11-07) (58 yaş)
Doğum yeri Qoxmuq, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ Rusiya
Təhsili Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi (–1986)
Janrı yağlı boya
https://www.art-bairam.ru/

Bayram Salamov — Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı rəssam.

Haqqında məlumatlar

7 noyabr 1965-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qoxmuq kəndində anadan olub.

1990-cı ildən Rusiya Federasiyasının Tolyatti şəhərində yaşayır.

Təhsili

1986-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib.

Yaradıcılığı

Dünyanın nüfuzlu rəsm sərgilərində iştirak edib və bir sıra mükafatlara layiq görülüb.

Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür.

Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiya və Böyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır.

Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) və digər şəhərlərdə 20-dək fərdi sərgisi olub. Bakıda ilk fərdi sərgisi 2014-cü ildə “1969” qalereyasında, ikinci sərgisi isə 2016-cı ilin 5 – 9 iyul tarixləri arasında Muzey Mərkəzində təşkil edilib.

Yaradıcılığından nümunələr

Ədəbiyyat

  1. "Rusiyada yaşayan azərbaycanlı rəssam Bayram Salamovun fərdi sərgisi açılıb". https://azertag.az/ (azərb.). AZƏRTAC. 05.07.2016. 6 Jul 2016 - 25 Feb 2019 tarixində arxivləşdirilib..