Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Bilal Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:46, 19 mart 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Bilal Məmmədov
Bilal Məmmədov
Bilal Məmmədov
Doğum tarixi 2 aprel 1946(1946-04-02)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 27 oktyabr 2013 (67 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Hərbi fəaliyyəti
Rütbə polkovnik
İstefada 2001
Təltifləri "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı 70 years saf rib.png III dərəcəli "Qüsursuz xidmətə görə" medalı (SSRİ)

Bilal Məmmədov (Bilal Məmməd oğlu Məmmədov; d.  2 aprel 1946, Nuxa, Azərbaycan SSR, SSRİ – ö.  27 oktyabr 2013, Şəki, Azərbaycan) — Azərbaycan hərbçisi, polkovnik.

1992 – 1993-cü illərdə Sovet Ordusunun hissə və taborları Azərbaycan ərazisini tərk edərkən bir sıra əhəmiyyətli hərbi-texniki avadanlığın, maşın və mexanizmlərin, o cümlədən bir ədəd İl-76 markalı hərbi təyyarənin Azərbaycanın mülkiyyətinə keçməsində, həmçinin Rusiyadan dəmir yolu ilə Ermənistana göndərilmiş UAZ-3151 və UAZ-3962 markalı 57 ədəd avtomobilin Azərbaycan Ordusunun sərəncamına verilməsində iştirak etmişdir.

Haqqında məlumatlar

1946-cı ildə Nuxa şəhərində anadan olub.

Təhsili

1953 – 1963-cü illərdə Nuxa şəhərindəki 11 saylı orta məktəbdə oxuyub.

1963 – 1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda mühəndis-mexanik ixtisası üzrə ali təhsil alıb.

Mülki və hərbi karyerası

Hələ Azərbaycan Politexnik İnstitutunda təhsil alarkən – 1963-cü il oktyabr ayının 1-dən 1965-ci il fevral ayının 1-dək, Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı şəhərindəki Avtomobil Ehtiyat Hissələri Zavodunda əvvəlcə çilingər şagirdi, sonra isə tornaçı vəzifəsində işləyib.

1970 və 1971-ci illərdə Sovet Ordusunun toplanışlarında iştirak edib.

21 iyun 1971-ci il tarixdən 28 may 1973-cü il tarixədək SSRİ Müdafiə Nazirliyi Sibir Hərbi Dairəsinin Tümen şəhərindəki N saylı briqadasının N saylı taborunda leytenant hərbi rütbəsi ilə mühəndis vəzifəsində işləyib.

Müxtəlif vaxtlarda Azərbaycandakı iki sürücülük məktəbinin direktoru, həmçinin Azərbaycan SSR Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti (OADKYC) sədrinin müavini vəzifəsində çalışıb.

1 aprel 1992-ci il tarixdən Azərbaycan Müdafiə Nazirliyində işləməyə başlamış, nazirliyin avtomobil xidməti sahəsinin təşkil edilməsində məsul vəzifəli şəxs olmuşdur.

1995-ci ildə Müdafiə Nazirliyi Hərbi Yol Polisinin rəisi vəzifəsini icra edib. Müdafiə Nazirliyi Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin sifarişi əsasında “Avtomobil hazırlığı” kitabını, Müdafiə Nazirliyi rəhbərliyinin sifarişi ilə isə “Silahlı Qüvvələrin Hərbi Yol Polisinin Əsasnaməsi” kitabçasını çapa hazırlayıb.

2001-ci ildə öz ərizəsi ilə Silahlı Qüvvələrdən tərxis olunub.

İctimai fəaliyyəti

Zaqatala Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur.

1992-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin xalq iclasçı seçilmişdir.


Mükafatları

  1. "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı;
  2. III dərəcəli "Qüsursuz xidmətə görə" medalı (SSRİ);
  3. "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı.

Ailəsi

  • Həyat yoldaşı Ceyhun Məmmədova 2020-ci il üçün Əziz Əliyev adına Azərbaycan həkimləri Təkminləşdirmə İnstitutunun kitabxanasında işləyir.
  • Oğlu Azər Məmmədov hərbçi peşəsini seçib, 2020-ci il üçün Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan mayorudur.
  • Qızı Arzu Məmmədova ixtisasca həkimdir.

Şablon:Yaxşı məqalə