Bilal Məmmədov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 13:17, 1 aprel 2023 tarixli redaktə
Bilal Məmmədov
Məmmədov Bilal Məmməd oğlu
Bilal Məmmədov
Bilal Məmmədov.
Doğum tarixi 1 aprel 1946(1946-04-01)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 27 oktyabr 2013 (67 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Uşaqları Azər Məmmədov, Arzu Məmmədova
Həyat yoldaşı Ceyhun Məmmədova
Təhsili Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu (1963–1969)
Hərbi fəaliyyəti
Rütbə polkovnik
İstefada 2001
Təltifləri "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı III dərəcəli "Qüsursuz xidmətə görə" medalı (SSRİ)

Bilal Məmmədov (1946–2013) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki; 1992 – 1993-cü illərdə Sovet Ordusuna məxsus bir sıra əhəmiyyətli hərbi-texniki avadanlığın, maşın və mexanizmlərin, o cümlədən, bir ədəd İl-76 markalı hərbi təyyarənin Azərbaycanın mülkiyyətinə keçməsində, Rusiyadan dəmir yolu ilə Ermənistana göndərilmiş UAZ-3151 və UAZ-3962 markalı 57 ədəd avtomobilin Azərbaycan Ordusunun sərəncamına verilməsində xidmətləri olub.

Haqqında məlumatlar

1 aprel 1946-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1953 – 1963-cü illərdə Nuxa şəhər 11 №-li orta məktəbində,

1963 – 1969-cu illərdə isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda (mühəndis-mexanik ixtisası üzrə) təhsil alıb.

Əmək və hərbçi fəaliyyəti

Hələ Azərbaycan Politexnik İnstitutunda təhsil alarkən – 1963-cü il oktyabr ayının 1-dən 1965-ci il fevral ayının 1-dək, Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı şəhərindəki Avtomobil Ehtiyat Hissələri Zavodunda əvvəlcə çilingər şagirdi, sonra isə tornaçı vəzifəsində işləyib.

1970 və 1971-ci illərdə Sovet Ordusunun toplanışlarında iştirak edib.

21 iyun 1971-ci il tarixdən 28 may 1973-cü il tarixədək SSRİ Müdafiə Nazirliyi Sibir Hərbi Dairəsinin Tümen şəhərindəki N saylı briqadasının N saylı taborunda leytenant hərbi rütbəsi ilə hərbçi-mühəndis vəzifəsində çalışıb.

Müxtəlif vaxtlarda Azərbaycandakı iki sürücülük məktəbinin direktoru, həmçinin Azərbaycan SSR Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti (OADKYC) sədrinin müavini olub.

1 aprel 1992-ci il tarixdən Azərbaycan Müdafiə Nazirliyində işləməyə başlayıb, nazirliyin avtomobil xidməti sahəsinin təşkil edilməsində məsul vəzifəli şəxs olub.

1995-ci ildə Müdafiə Nazirliyi Hərbi Yol Polisinin rəisi vəzifəsini icra edib. Müdafiə Nazirliyi Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin sifarişi əsasında “Avtomobil hazırlığı” kitabını, Müdafiə Nazirliyi rəhbərliyinin sifarişi ilə isə “Silahlı Qüvvələrin Hərbi Yol Polisinin Əsasnaməsi” kitabçasını çapa hazırlayıb.

2001-ci ildə öz ərizəsi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən tərxis olunub.

İctimai aktivliyi

Zaqatala Rayon Sovetinin deputatı olub.

1992-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin xalq iclasçı seçilib.

Mükafatları

Vəfatı

27 oktyabr 2013-cü il tarixdə – 67 yaşında, Şəkidə vəfat edib.

Ailəsi

  • Həyat yoldaşı: Ceyhun Məmmədova – Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun kitabxanasında işləyir (2020).
  • Oğlu: Azər Məmmədov – hərbçidir, 2020-ci il üçün Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan mayorudur.
  • Qızı: Arzu Məmmədova – ixtisasca həkimdir.