Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

"Bilqeys Həşimzadə" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 87: Sətir 87:
  
 
== Ədəbiyyat ==
 
== Ədəbiyyat ==
 +
# {{ASE|10|217|Həşimzadə Bilqeys Əhməd qızı}}
 
# {{OTÖ|391-392|İlk azərbaycanlı hüquqşünas qadın}}
 
# {{OTÖ|391-392|İlk azərbaycanlı hüquqşünas qadın}}
 
# {{Sayta istinad|url=https://unec.edu.az/unec-in-ilk-qadin-rektoru-bilqeyis-hasimzade/ |author = |authorlink= |title='''Xanım rektorumuz – Bilqeyis Haşımzadə'''|subtitle= |deadlink= |archiveurl=https://web.archive.org/web/20180123194448/https://unec.edu.az/unec-in-ilk-qadin-rektoru-bilqeyis-hasimzade/ |archivedate=8 Mar 2017 - 23 Jan 2018 |lang=az |showlang=|responsible=  |website=Azərbaycan Dövlət İqtisad Universiteti|websiteurl=https://unec.edu.az/ |type= |date=07.03.2017  |accessdate= 08.12.2021|quote= |quoteup= |description= |ref= }}
 
# {{Sayta istinad|url=https://unec.edu.az/unec-in-ilk-qadin-rektoru-bilqeyis-hasimzade/ |author = |authorlink= |title='''Xanım rektorumuz – Bilqeyis Haşımzadə'''|subtitle= |deadlink= |archiveurl=https://web.archive.org/web/20180123194448/https://unec.edu.az/unec-in-ilk-qadin-rektoru-bilqeyis-hasimzade/ |archivedate=8 Mar 2017 - 23 Jan 2018 |lang=az |showlang=|responsible=  |website=Azərbaycan Dövlət İqtisad Universiteti|websiteurl=https://unec.edu.az/ |type= |date=07.03.2017  |accessdate= 08.12.2021|quote= |quoteup= |description= |ref= }}

20:36, 8 dekabr 2021 versiyası

Bilqeyis Həşimzadə
Həşimzadə Bilqeyis Əhməd qızı
Bilqeyis Həşimzadə
Bilqeyis Həşimzadə.
Doğum tarixi 1900(1900-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1961(1961-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (60 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elm sahəsi hüquq
Elmi dərəcəsi hüquq elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • fəhlə fakültəsi (1923–1926)

 • aspirantura

Bilqeyis Həşimzadə (1900–1961) — hüquq elmləri namizədi, dosent, ilk azərbaycanlı hüquqşünas qadın, ilk azərbaycanlı qadın hüquq elmləri namizədi, ilk azərbaycanlı qadın institut rektoru və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) sabiq rektoru.

Haqqında məlumatlar

1900-cü ildə Nuxada (indiki Şəki) anadan olub.

2 yaşında olarkən atası vəfat edib və o, Qışlaq kəndindəki ipək fabrikində fəhlə işləyən əmisi Lüti Həsən oğlunun himayəsində böyüyüb.

Təhsili

Əvvəl Nuxa şəhərində Rzaqulu bəyin evində fəaliyyət göstərən qız məktəbində[qeyd 1], sonra pedaqoji kursda,

1923 – 1926-cı illərdə fəhlə fakültəsində, daha sonra isə aspiranturada təhsil alıb.

Əmək fəaliyyəti

7 yaşından Nuxanın tanınmış bəylərindən biri olan Rzaqulu bəyin evinə qulluqçu işləyib.

Pedaqoji kursu bitirdikdən sonra əvvəl müəllim,

1925 – 1928-ci illərdə Şəki qəza Komitəsində şöbə müdiri,

1928 – 1938-ci illərdə Azərbaycan SSR prokurorunun müavini,

1938 – 1941-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru,

1941 – 1945-ci illərdə Azərbaycan SSR Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri,

1945 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin cinayət hüququ kafedrasında dosent vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1946-ci ildə hüquq elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edib.

1950-ci ildə dosent elmi adını alıb.

Bir sıra elmi-tədqiqat və publisistik əsərlərin müəllifidir.

Vəfatı

1961-ci ildə – 60 yaşında, Bakıda vəfat edib.

Ailəsi

Həyat yoldaşı Həşimzadə Şükür Məmməd oğlu Qoxmuq kənd məktəbinin direktoru olmuş, Azərbaycan SSR əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.

Xatirəsi

Şəki şəhərindəki bir küçəyə adı verilib.

Qeydlər

  1. Həmin məktəbdə gələcəyin tanınmış dövlət xadiminin – Nəriman Nərimanovun, bacısı qızı Nabat Nərimanova dərs deyirdi. Nabat Nərimanova Rzaqulu bəyin evinin ikinci mərtəbəsində fəaliyyət gösətərn qız məktəbində dərs deməklə bərabər, həm də onun evində yaşamışdır. Balaca Bilqeyis Nabat Nərimanovanın otağını təmizləmiş, suyunu gətirirmiş. bir sıra xırda ev işlərini görmüş, bununla yanaşı, həm də həmin məktəbdə təhsil almışdır.

Ədəbiyyat

  1. Həşimzadə Bilqeys Əhməd qızı // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 217. — 80.000 nüsx.
  2. Mete Ə. İlk azərbaycanlı hüquqşünas qadın // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  606. — Səh.: 391-392. — 500 nüsx.
  3. Xanım rektorumuz – Bilqeyis Haşımzadə : [arx. 8 Mar 2017 - 23 Jan 2018] // Azərbaycan Dövlət İqtisad Universiteti. — 2017. — 7 mart. — Müraciət tarixi: 08.12.2021.