Binyət Abdullayeva

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 19:24, 25 fevral 2022 tarixli redaktə
Binyət Abdullayeva
Abdullayeva Binyət İbrahimxəlil qızı.
Binyət Abdullayeva
Binyət Abdullayeva, 1974-cü il.
Doğum tarixi 26 fevral 1931(1931-02-26)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 9 fevral 1994 (62 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Həyat yoldaşı Soltan Abdullayev
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili

Nuxa Pedaqoji Texnikumu (1947 – 1950)

V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu (1951 – 1954)
Mükafatları "Əmək veteranı" medalı

Binyət Abdullayeva (1931–1994) — tanınmış pedaqoq və Azərbaycan sovet partiya və komsomol fəalı; Azərbaycan LKGİ Nuxa rayon Komitəsinin ikinci katibi, məktəb direktoru və pedaqoji sahədə bir sıra digər vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar

26 fevral 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1938 – 1946-cı illərdə Nuxa şəhər 16 №-li ibtidai və 11 №-li orta məktəblərdə oxuyub.

1947 – 1950-ci illərdə Nuxa Pedaqoji Texnikumunun ibtidai təhsil fakültəsində,

1951 – 1954-cü illərdə isə V.İ.lenin adına Azərbaycan Pedaqoji İnstitutunun azərbaycan dili, məntiq və psixologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1954-cü ildə təyinatla Yevlax rayonunun Malbinəsi kəndində müəllim kimi əmək fəaliyyətinə başlayıb.

1955-ci ildə iş yeri Nuxa rayonuna dəyişdirilib və Daşüz kəndində uşaq bağçası-körpələr evinə müdir təyin edilib.

1955 – 1957-ci illərdə Suçma kənd yeddiillik məktəbinin direktoru vəzifəsində işləyib.

1957 – 1961-ci illərdə Nuxa rayon Komsomol Komitəsinin ikinci katibi olub.

1961 – 1963-cü illərdə əvvəl 11 №-li orta məktəbdə azərbaycan dili və ədəbiyyatı müəllimi, sonra isə 12 №-li orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib.

1963 – 1988-ci illərdə Nuxa/Şəki Pedaqoji Texnikumunda pedaqogika, psixologiya və uşaq ədəbiyyatı fənlərindən dərs deyib, burada müxtəlif illərdə Pedaqoji Kabinetin və Tələbə Elmi Cəmiyyətinin rəhbəri olub.

1988-ci ildə təqaüdə çıxıb.

İctimai fəaliyyəti

Azərbaycan Pedaqoji İnstitutunda tələbə Komsomol Komitəsinin büro üzvü, Nuxa şəhər 11 №-li orta məktəbdə və Şəki Pedaqoji Texnikumunda ilk partiya təşkilatının katibi kimi ictimai iş aparıb. Böyük Dəhnə kənd və Nuxa rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.

Vaxtaşırı olaraq yerli və respublika mətbuatında kiçik publisistik məqalələrlə çıxış edib. II Dünya Müharibəsi illərində arxa cəbhədə insanların fədakar əməyindən bəhs edən “O illəri xatırlayıram...” xatirə-hekayəsi kitabça şəklində dərc olunmuş, Şəki yerli radio verilişləri redaksiyası tərəfindən faşizm üzərində Qələbənin ildönümü günlərində 1995-ci ildə efirdə radiooçerk şəklində səsləndirilmişdir.

Təltif və mükafatları

  • ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın, OADKYC Respublika Komitəsinin, Azərbaycan SSR Maarif Nazirliyinin, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin, Nuxa rayon Xalq Maarif Şöbəsinin, Nuxa/Şəki Pedaqoji Texnikumu rəhbərliyinin fəxri fərman və təşəkkürnamələri;
  • “Əmək veteranı” medalı.

Vəfatı

9 fevral 1994-cü il tarixdə – 62 yaşında, Şəkidə vəfat edib.

Ailəsi

Ədəbiyyat

  • Alxaslı A. Ziyalı qadınlarımız haqqında-Binyət Abdullayeva, “Şəkinin səsi” qəzeti, 3 iyun 1994-cü il;
  • Qədirli P. Şam kimi yanan ömür, "Maarifçi" qəzeti, 12 sentyabr 1996-cı il;
  • Süleymanov B. Unudulmaz insan, “Şəki təhsili” qəzeti, 27 yanvar 2011-ci il;
  • Almaz Qeysər qızı. Nurlu həyat yolu//Mənəviyyatımızın memarları, “Sumqayıt” nəşriyyatı, 2002, səh.49-52;
  • Mais Əmrah, Məhsəti Mais qızı, Şəkidə təhsil: tarix, inkişaf yolu, Bakı-2014, səh. 281-282;
  • Şükürov R., Orsər R. Abdullayeva Binyət İbrahimxəlil qızı // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 195. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710..