Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Cövdət Hacıyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni 'Kateqoriya:C{{Musiqiçi | Ad = Cövdət Hacıyev | Şəkil = Cövdət Hacıyev 1962-ci ildə.jpg | Şəkil başlığı = | Şəki...' ilə yarat)
 
Sətir 59: Sətir 59:
 
== İstinadlar ==
 
== İstinadlar ==
 
{{İstinad siyahısı}}
 
{{İstinad siyahısı}}
 
+
[[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış musiqiçilər]]
 
 
 
 
[[Kateqoriya:Cövdət Hacıyev| ]]
 
[[Kateqoriya:SSRİ bəstəkarları]]
 
[[Kateqoriya:Azərbaycan bəstəkarları]]
 
[[Kateqoriya:Azərbaycanlı bəstəkarlar]]
 
[[Kateqoriya:Azərbaycan SSR xalq artistləri]]
 
[[Kateqoriya:Opera bəstəkarları]]
 
[[Kateqoriya:Azərbaycan kino bəstəkarları]]
 
[[Kateqoriya:Şəkidə doğulanlar]]
 
[[Kateqoriya:Bakıda vəfat edənlər]]
 
[[Kateqoriya:Bakı Musiqi Akademiyasının məzunları]]
 

20:53, 18 may 2020 versiyası

Cövdət Hacıyev
Fayl:Cövdət Hacıyev 1962-ci ildə.jpg
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyun 1917(1917-06-05)
Doğum yeri Şəki
Vəfat tarixi 18 yanvar 2002 (84 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Peşəsi bəstəkar

Üslub Simfoniya
Opera
Mükafatları

SSRİ dövlət mükafatıStalin mükafatıStalin mükafatı
Lenin ordeni "Qırmızı Əmək Bayrağı" ordeni

“Şöhrət” ordeni (Azərbaycan)

Hacıyev Əhməd-Cövdət İsmayıl oğlu — tanınmış Azərbaycan bəstəkarı, Bakı Musiqi Akademiyasının rektoru və professoru, SSRİ Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycanın xalq artisti.

Həyatı

Cövdət Hacıyev 1917-ci ildə Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. O, orta təhsilini başa vurduqdan sonra 1935-1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938–1941-ci illərdə isə Moskva Konservatoriyasında oxumuş və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirmişdir. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Bakı Musiqi Akademiyasında dərs demiş, 1957-1969-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışmışdır.

Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur.

Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülmüş, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat etmişdir.

Fəaliyyəti

Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C.Hacıyev yaratdığı simfoniyalarda, "Sülh uğrunda" simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirmişdir. Qara Qarayevlə birgə bəstələdiyi "Vətən" operası, kamera-instrumental və fortopiano əsərləri də C.Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli "Simfoniya"nı, iki simfonik poemasını, "Azərbaycan süitası"nı simli kvartet və sair əsərlərini bəstələmişdir. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı "Vətən" operasına görə SSRİ Dövət mükafatına layiq görülmüşdür.

Cövdət Hacıyev ümumilikdə səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə etmişdir. Cövdət Hacıyev həmçinin simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifıdir.

Cövdət Hacıyevin "Zirvələrə" adlanan altıncı və "Şəhidlər" adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. "Şəhidlər" simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub.

Cövdət Hacıyevin "Onu zaman seçib" adlı səkkizinci simfoniyası Azərbaycanın prezidenti Heydər Əliyevə həsr olunub.

Filmoqrafiya

  1. Ordenli Azərbaycan (film, 1938)

Xatirəsi

7 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[1].

Mənbə

  • Rəşid Şəfəq. "Novator bəstəkar" //Odlar yurdu.- 1993,- 30 yanvar.- № 2-3.- səh. 3.

İstinadlar

  1. president.az (07.02.2017). ""Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında" [[Azərbaycan Respublikası Prezidenti]]nin [[7 fevral]] [[2017-ci il]] tarixli, 2657 nömrəli [[Sərəncam]]ı" (azərb.). e-qanun.az. İstifadə tarixi: 2018-09-30.