Cövdət Hacıyev (1917–2002) — görkəmli sovet və Azərbaycan bəstəkarı, ikiqat Stalin mükafatı laureatı, Azərbaycan SSR xalq artisti, Azərbaycan musiqi simfoniyasının banilərindən biri, professor. 1957 – 1969-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur.

Cövdət Hacıyev
Hacıyev Əhmədcövdət İsmayıl oğlu
Cövdət Hacıyev
Cövdət Hacıyev.
Şəxsi məlumatlar
Doğum tarixi 18 iyun 1917(1917-06-18)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 18 yanvar 2002 (84 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Bakı
Vətəndaşlığı SSRİ
Peşəsi bəstəkar
Uşaqları İsmayıl Hacıyev, Pərvin Muradova-Dilbazi

Üslub simfoniya, opera
Musiqi aləti skripka
Fəaliyyət illəri 1935–2002
Təhsili

 • L.M.Rudolf adına Azərbaycan Dövlət Konservatoriyası (1935–1938)

 • P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası (1938–1941; 1946–1947)
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1960 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı Stalin mükafatı — 1946 Stalin mükafatı — 1952
Lenin ordeni "Qırmızı Əmək Bayrağı" ordeni  — 1959 "Şərəf Nişanı" ordeni  — 1961
“Şöhrət” ordeni (Azərbaycan)

Haqqında məlumatlar Redaktə

18 iyun 1917-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Redaktə

1935 – 1938-ci illərdə L.M.Rudolf adına Azərbaycan Dövlət Konservatoriyasında,

1938 – 1941-ci və 1946 – 1947-ci illərdə isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb[1].

Əmək fəaliyyəti Redaktə

1947-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Konservatoriyasında işləyib, o cümlədən,

1957 – 1969-cu illərdə isə konservatoriyanın rektoru olub.

Yaradıcılığı Redaktə

Tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli “Simfoniya”nı, iki simfonik poemasını, “Azərbaycan süitası”nı simli kvartet və sair əsərlərini bəstələyib.

Səkkiz simfoniyanın müəllifidir; “Sülh uğrunda” simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirmişdir. “Zirvələrə” adlanan altıncı və “Şəhidlər” adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. “Şəhidlər” simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub. “Onu zaman seçib” adlı səkkizinci simfoniyası isə Azərbaycanın prezidenti Heydər Əliyevə həsr olunub.

Bir sıra simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün əsərlərin də müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə etmişdir.

Təltif və mükafatları Redaktə

Vəfatı Redaktə

18 yanvar 2002-ci il tarixdə – 84 yaşında, Bakıda vəfat edib.

Ailəsi Redaktə

  • Həyat yoldaşı: Əminə Dilbazi, məşhur azərbaycanlı rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti;
  • Oğlu: İsmayıl Hacıyev, Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar və dirijor;
  • Qızı: Pərvin Muradova-Dilbazi, pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru.

Xatirəsi Redaktə

 
ABŞ-ın Vivian Fang Liu (Kolumbiya Universitetinin magistri – pianoçu ), Həqiqət Məhərrəmova (Atatürk Universitetinin Gözəl sənətlər fakültəsinin professor-doktoru), Pərvin Muradova-Dilbazi, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Məbud Məhərrəmov və digər şəxslər Şəki Pedaqoji Kollecində tələbələrlə və Şəkinin media təmsilçiləri ilə görüşdə, 11 iyul 2018.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[2].

İstinadlar və qeydlər Redaktə

  1. 1941-ci ildə Almaniyanın SSR-yə hücum etməsi nəticəsində Moskva Dövlət Konservatoriyasında təhsilini yalnız müharibədən sonra davam etdirə bilib, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib
  2. president.az (07.02.2017). ""Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2017-ci il tarixli, 2657 nömrəli Sərəncamı" (azərb.). e-qanun.az. İstifadə tarixi: 2018-09-30.

Ədəbiyyat Redaktə

  1. Hacıyev Əhməd Cövdət İsmayıl oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 152-153. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Hacıyev Əhməd Cövdət İsmayıl oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 212-215. — 1.000 nüsx.

Filmoqrafiya Redaktə