Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Cövdət Hacıyev

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Cövdət Hacıyev
Hacıyev Əhmədcövdət İsmayıl oğlu
Cövdət Hacıyev
Cövdət Hacıyev.

Cövdət Hacıyev (1917–2002) — görkəmli sovet və Azərbaycan bəstəkarı, ikiqat Stalin mükafatı laureatı, Azərbaycan SSR xalq artisti, Azərbaycan musiqi simfoniyasının banilərindən biri, professor. 1957 – 1969-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

18 iyun 1917-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1935 – 1938-ci illərdə L.M.Rudolf adına Azərbaycan Dövlət Konservatoriyasında,

1938 – 1941-ci və 1946 – 1947-ci illərdə isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb[1].

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1947-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Konservatoriyasında işləyib, o cümlədən,

1957 – 1969-cu illərdə isə konservatoriyanın rektoru olub.

Yaradıcılığı[Vizual/Mobil redaktə | HTML redaktə]

Tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli “Simfoniya”nı, iki simfonik poemasını, “Azərbaycan süitası”nı simli kvartet və sair əsərlərini bəstələyib.

Səkkiz simfoniyanın müəllifidir; “Sülh uğrunda” simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirmişdir. “Zirvələrə” adlanan altıncı və “Şəhidlər” adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. “Şəhidlər” simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub. “Onu zaman seçib” adlı səkkizinci simfoniyası isə Azərbaycanın prezidenti Heydər Əliyevə həsr olunub.

Bir sıra simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün əsərlərin də müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə etmişdir.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

18 yanvar 2002-ci il tarixdə – 84 yaşında, Bakıda vəfat edib.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

  • Həyat yoldaşı: Əminə Dilbazi, məşhur azərbaycanlı rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti;
  • Oğlu: İsmayıl Hacıyev, Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar və dirijor;
  • Qızı: Pərvin Muradova-Dilbazi, pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru.

Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

ABŞ-ın Vivian Fang Liu (Kolumbiya Universitetinin magistri – pianoçu ), Həqiqət Məhərrəmova (Atatürk Universitetinin Gözəl sənətlər fakültəsinin professor-doktoru), Pərvin Muradova-Dilbazi, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Məbud Məhərrəmov və digər şəxslər Şəki Pedaqoji Kollecində tələbələrlə və Şəkinin media təmsilçiləri ilə görüşdə, 11 iyul 2018.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[2].

İstinadlar və qeydlər[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. 1941-ci ildə Almaniyanın SSR-yə hücum etməsi nəticəsində Moskva Dövlət Konservatoriyasında təhsilini yalnız müharibədən sonra davam etdirə bilib, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib
  2. ...

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. .../mode/2up Hacıyev Əhməd Cövdət İsmayıl oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 152-153. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Hacıyev Əhməd Cövdət İsmayıl oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 212-215. — 1.000 nüsx.

Filmoqrafiya[Vizual/Mobil redaktə | HTML redaktə]

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...