Cəfərabad
Kənd
Cəfərabad
Xəritəni aç/bağla
|
Cəfərabad — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin əsasını car I Aleksandr tərəfindən Şəki xanı təyin edilmış xoylu Cəfərqulu xan qoymuşdur. XIX əsrin sonunda kənd icmasına Cəfərabad-Xoy və Cəfərabad-Şəki adlı iki yaşayış məntəqəsi daxil idi. Hazırda bu kəndlərdən biri Cəfərabaddır. Bu kəndlərin bünövrəsini əslən dumbuli tayfasından olan Cəfərqulu xanla birlikdə buraya gələn ailələr (əsasən Şəkkaki tayfasına mənsub idilər) qoymuşdular. Oykonim Cəfər (Cəfərqulu xana iŞarədir) və abad (kənd) komponentlərindən düzəlib[2]. Antropotoponimdir.
Əhalisi
Kəndin əhalisi 2005 nəfər təşkil edir ki, onun da 1015 nəfəri kişi, 990 nəfəri isə qadındır. .
Görkəmli şəxsiyyətləri
- Əmrahov Mais İsrail oğlu - tarix e.d, professor, Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Fətəli Xan Xoyski- Azərbaycan birinci baş nazir
İstinadlar
- ↑ Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.