Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Cəfərabad rayonu

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:56, 17 mart 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
5 oktyabr 1931-ci il tarixli "Şəki fəhləsi" qəzetində Cəfərabad rayonunun adı çəkilir.
17 oktyabr 1931-ci il tarixli "Şəki fəhləsi" qəzetində Cəfərabad rayonunun adı çəkilir.

Cəfərabad rayonu — 1930-1931-ci illərdə Azərbaycan SSR ərazisində, Nuxa, yaxud Şəki dairəsinin[q 1] tərkibində inzibati ərazi. Rayonun inzibati mərkəzi Cəfərabad kəndi idi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Prezident Kitabxanasının internetə yerləşdirdiyi "İnzibati ərazi vahidləri" adlı PDF faylda, Cəfərabad rayonunun (səhvən, Çuxurabad yazılıb) Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə Göynük rayonu və bir çox rayonlarla birlikdə yaradılması və 1931-ci ilin fevralında hər ikisinin bəzi rayonlarla birlikdə ləğv edilməsi göstərilir. Lakin ilin sonunda nəşr olunmuş "Şəki fəhləsi" qəzetində Cəfərabad rayonunun hələ ləğv edilmədiyi görünür. Ləğv edildikdən sonra ərazisi (qismən, yaxud tamamilə?) yeni yaradılmış Nuxa rayonunun tərkibinə keçmişdir.

Qeydlər

  1. "Şəki fəhləsi" qəzetindən məlum olur ki, bu dairə Qax, Vartaşen, Cəfərabad Göynük rayonlarından və Nuxa şəhərindən ibarət idi. Lakin, dairənin adı barədə qəzetdə məlumat yoxdur. Nuxa dairəsindən əvvəlki Zaqatala-Nuxa dairəsi (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi nəzdində Prezident Kitabxanasının internetə yerləşdirdiyi "İnzibati ərazi vahidləri" adlı PDF fayla görə) 6 iyul 1929-cu il tarixli "Şəki fəhləsi" qəzetində "Zaqatala-Şəki mahalı" adı ilə göstərilir.

Mənbə