Cəfərqulu xan Xoyski

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 00:38, 3 sentyabr 2021 tarixli redaktə
Cəfərqulu xan Xoyski
Cəfərqulu xan
Cəfərqulu xanın tikdirdiyi karvansara (Şəki, 2019-cu il)
Xoy xanı
fevral 1786 — dekabr 1797
Sələfi Hüseynqulu xan
Xələfi Xanlıq ləğv olunub.
Şəki xanı
22 dekabr 1806 — 3 sentyabr 1814
Sələfi Səlim xan
Xələfi İsmayıl xan Xoyski
Varisi İsmayıl xan Xoyski
Şəxsi məlumatlar
Vəfat tarixi (22 avqust) 3 sentyabr 1814(1814-09-03)
Vəfat yeri Nuxa (indiki Şəki)
Dəfn yeri Kərbəla
Milliyyəti kürd
Dini islam, şiə təriqəti
Həyat yoldaşları Şərəfnisə bəyim, Səltənət bəyim[1], Gövhər ağa
Uşaqları Əhməd xan, İsaq paşa[2] Sara bəyim, İsmayıl xan, Abra xan

Cəfərqulu xan (?–1814) — 1786–1797-ci illərdə Xoyun, 1806–1814-cü illərdə Şəkinin xanı olmuş şəxs. Şəkinin xanı olarkən Şəki xanlığının Rusiyaya ödəməli olduğu bacı birtərəfli olaraq 7 min çervondan 9 min çervona qaldırmışdır. Xanlıq ərazisində “Xan bağı” adlı bir bağ saldırmış, Nuxada bir möhtəşəm karvansara və bir məbəd tikdirmişdir. Bunlardan başqa, Avropa üslubunda bir qala tikdirmək də istəyirdi, lakin vəfatı səbəbi ilə bu niyyətini həyata keçirə bilmədi.

Haqqında məlumatlar

1786-cı ilin fevral ayında əmisi Əhməd xanın öldürülməsindən sonra Xoyun xanı olub.

1797-ci ilin sonunda Cəfərqulu xanın 300 nəfərlə ovda olmasından istifadə edən İran şahının vəliəhdi Abbas Mirzə Xoyu tutaraq Cəfərqulu arvadını, oğlunu girov götürüb. Bundan sonra Cəfərqulu xan öz silahlı dəstəsi ilə Maku qalasına sığınmağa məcbur olur. 1804-cü ildə İrəvan xanı Məhəmməd xanın ona bağışladığı Koroğlu qalasına köçənədək öz qohumu olan Bəyazid paşasının köməyi Maku qalasında mərkəzi hakimiyyətə qarşı müvəffəqiyyətlə dirəniş göstərib. 1804-cü ilin iyun ayında İrəvan qalasının ruslar tərəfindən mühasirəsi zamanı öz silahlıları ilə rusların tərəfində vuruşub və Rusiya təbəəliyini qəbul edib. 1804-cü ilin sentyabrında rus qoşunlarının İrəvandan geri çəkilməsindən sonra 200 nəfərlik silahlı dəstəsi ilə Pəmbək vadisində qalıb. 1806-cı ilin sonunda rus çarının fərmanı ilə Şəkiyə xan təyin olunub.

Vəfatı

3 sentyabr (22 avqust) 1814-cu il tarixdə Nuxada (indiki Şəki) vəfat edib, Kərbəlada dəfn olunub.

İstinadlar

  1. Daha əvvəl Cəfərqulu xanın qardaşı Əhməd xanın arvadı olub; İrəvan xanı Məhəmmədqulu xan Qacarın bacısı idi.
  2. Atasının sağlığında vəfat edib.

Ədəbiyyat

  1. Исмаилов Э.Э.  Ханы Хойские. Материалы к родословной и биографиям (rus.) // Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri : jurnal / baş red. Eldar İsmayılov. — Bakı: Adiloğlu, 2003. — В. IV (tiraj: 400; 120 s.). — Səh. 35-59. — ISBN 9952-25-001-3.
  2. "Pərvin xəyyam oğlu Mirzəzadə, Xoy xanlarının nəsil şəcərəsi, Almanach.be, 12.08.2003". 2003-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2003-08-12.