Cəfərqulu xan Xoyski

Cəfərqulu xan (?–1814) — Şəki xanı və sabiq Xoy xanı. Şəkinin xanı olarkən Şəki xanlığının Rusiyaya ödəməli olduğu bacı birtərəfli olaraq 7 min çervondan 9 min çervona qaldırmışdır. Xanlıq ərazisində “Xan bağı” adlı bir bağ saldırmış, Nuxada bir möhtəşəm karvansara və bir məbəd tikdirmişdir. Bunlardan başqa, Avropa üslubunda bir qala tikdirmək də istəyirdi, lakin vəfatı səbəbi ilə bu niyyətini həyata keçirə bilmədi.

Cəfərqulu xan
Xoyski Cəfərqulu xan
Cəfərqulu xanın tikdirdiyi karvansara (Şəki, 2019-cu il).
Xoy xanı
fevral 1786 — dekabr 1797
Sələfi Əhməd xan
Xələfi Hüseynqulu xan
Şəki xanı
22 dekabr 1806 — 3 sentyabr 1814
Sələfi Səlim xan
Xələfi İsmayıl xan Xoyski
Varisi İsmayıl xan Xoyski
Şəxsi məlumatlar
Doğum tarixi ≈ 1740(1740-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat tarixi (22 avqust) 3 sentyabr 1814 (74 yaşında)
Vəfat yeri Nuxa (indiki Şəki)
Dəfn yeri Kərbəla
Milliyyəti kürd
Dini islam, şiə təriqəti
Həyat yoldaşları Şərəfnisə bəyim, Səltənət bəyim[1], Gövhər ağa
Uşaqları Əhməd xan, İsaq paşa[2] Sara bəyim, İsmayıl xan, Abra xan

Haqqında məlumatlar Redaktə

Təqribən 1740-cı ildə anadan olub.

1786-cı ilin fevral ayında əmisi Əhməd xanın öldürülməsindən sonra Xoyun xanı olub.

1797-ci ilin sonunda Cəfərqulu xanın 300 nəfərlə ovda olmasından istifadə edən İran şahının vəliəhdi Abbas Mirzə Xoyu tutaraq Cəfərqulu xanın arvadını, oğlunu girov götürüb. Bundan sonra Cəfərqulu xan öz silahlı dəstəsi ilə Maku qalasına sığınmağa məcbur olur. 1804-cü ildə İrəvan xanı Məhəmməd xanın ona bağışladığı Koroğlu qalasına köçənədək öz qohumu olan Bəyazid paşasının köməyi Maku qalasında mərkəzi hakimiyyətə qarşı müvəffəqiyyətlə dirəniş göstərib. 1804-cü ilin iyun ayında İrəvan qalasının ruslar tərəfindən mühasirəsi zamanı öz silahlıları ilə rusların tərəfində vuruşub və Rusiya təbəəliyini qəbul edib. 1804-cü ilin sentyabrında rus qoşunlarının İrəvandan geri çəkilməsindən sonra 200 nəfərlik silahlı dəstəsi ilə Pəmbək vadisində qalıb. 1806-cı ilin sonunda rus çarının fərmanı ilə Şəkiyə xan təyin olunub.

Vəfatı Redaktə

3 sentyabr (22 avqust) 1814-cu il tarixdə – təxminən 74 yaşında, Nuxada (indiki Şəki) vəfat edib. Kərbəlada dəfn olunub.

İstinadlar Redaktə

  1. Daha əvvəl Cəfərqulu xanın qardaşı Əhməd xanın arvadı olub; İrəvan xanı Məhəmmədqulu xan Qacarın bacısı idi.
  2. Atasının sağlığında vəfat edib.

Ədəbiyyat Redaktə

Ədəbiyyat Redaktə

  1. Исмаилов Э.Э.  Ханы Хойские. Материалы к родословной и биографиям (rus.) // Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri : jurnal / baş red. Eldar İsmayılov. — Bakı: Adiloğlu, 2003. — В. IV (tiraj: 400; 120 s.). — Səh. 35-59. — ISBN 9952-25-001-3.
  2. Mirzazade P.Ch. Khoy, Iran : [arx. 16 Apr 2002 - 6 May 2021] : [ing.] // Almanach de Bruxelles. — Müraciət tarixi: 16.09.2021.
  3. Məmmədov A.S. Bir qəbir kitabəsinin izi ilə, yaxud F.X.Xoyskinin əsli-nəcabətinə dair tarixi faktlar // Şəki. Biblioqrafik göstəricisi. Tarix-diyarşünaslıq materialları : kitab / Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı: Turxan NRB. — Səh. 488 – 501. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 3 sentyabr 2022.