Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Cəlil Xəlilov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 54: Sətir 54:
 
1946 – 1950-ci illərdə M.Qorki adına 10 №-li Nuxa şəhər orta məktəbində rus dili müəllimi işləyib.  
 
1946 – 1950-ci illərdə M.Qorki adına 10 №-li Nuxa şəhər orta məktəbində rus dili müəllimi işləyib.  
  
1950-ci ildə Azərbaycan {{KP MK}}-nın qərarı ilə Azərbaycan Teleqraf Agentliyinin tərcüməçilər və redaktorlar qrupunda fəaliyyət göstərməyə başlayıb. Bunda az sonra Azərinformun direktor müavini vəzifəsinə təyin edilib. Daha sonrakı illərdə əvvəl Azərbaycan {{KP MK}}-nın orqanı olan “Kommunist” qəzeti redaksiyasında tərcümə şöbəsinin müdiri (1974 – 1986), sonra isə Azərbaycan {{KP MK}} yanında Partiya Tarixi institutunun baş elmi işçisi və tərcüməçi redaktoru (1987 – 1991) vəzifəsində çalışıb. Təqaüdə çıxdıqdan sonra da əmək fəaliyyətini Azərbaycan Respublikası Statistika Komitəsində ümumi şöbənin baş müfəttiş-tərcüməçisi (1992 – 1993) və AzərTAC-da tərcüməçi-redaktor, Azərbaycan Beynəlxalq Bankında protokol şöbəsinin aparıcı və baş mütəxəssis-tərcüməçisi (1993 – 2000) kimi davam etdirib.
+
1950-ci ildə Azərbaycan {{KP MK}}-nın qərarı ilə Azərbaycan Teleqraf Agentliyinin tərcüməçilər və redaktorlar qrupunda fəaliyyət göstərməyə başlayıb. Bunda az sonra Azərinformun direktor müavini vəzifəsinə təyin edilib. Daha sonrakı illərdə əvvəl Azərbaycan {{KP MK}}-nın orqanı olan “Kommunist” qəzetinin redaksiyasında tərcümə şöbəsinin müdiri (1974 – 1986), sonra isə Azərbaycan {{KP MK}} yanında Partiya Tarixi İnstitutunun baş elmi işçisi və tərcüməçi redaktoru (1987 – 1991) vəzifəsində çalışıb. Təqaüdə çıxdıqdan sonra isə əmək fəaliyyətini əvvəl Azərbaycan Respublikası Statistika Komitəsində ümumi şöbənin baş müfəttiş-tərcüməçisi (1992 – 1993) və AzərTAC-da tərcüməçi-redaktor, sonra isə Azərbaycan Beynəlxalq Bankında protokol şöbəsinin aparıcı və baş mütəxəssis-tərcüməçisi (1993 – 2000) kimi davam etdirib.
  
 
== Təltiflər ==
 
== Təltiflər ==

19:12, 20 iyul 2020 versiyası

Cəlil Xəlilov
Xəlilov Cəlil Əliheydər oğlu
Cəlil Xəlilov
Cəlil Xəlilov
Doğum tarixi 14 mart 1924(1924-03-14)
Doğum yeri Nuxa, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 7 dekabr 2004 (80 yaşında)
Milliyyəti azərbaycanlı
İxtisası tərcüməçi
Təhsili

Nuxa İkiillik Müəllimlər İnstitutu, fizika-riyaziyyat fakültəsi (1940 – 1942)

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1946 – ?)
Mükafatları "Əmək veteranı" medalı "Qırmızı Əmək Bayrağı" ordeni  — 1980
"Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1969

Cəlil Xəlilov (Xəlilov Cəlil Əliheydər oğlu; d. 14 mart 1924-cü ildə, Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ − ö. 7 dekabr 2004-cü ildə, Bakı, Azərbaycan Respublikası) – tərcüməçi-jurnalist, SSRİ Jurnalistlər İttifaqının üzvü (1957), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1969). Azərbaycanda mətbuat, nəşriyyat və kütləvi informasiya sahəsində çalışan kadrların peşə hazırlığının yüksəldilməsinə və ixtisaslarının təkmilləşdirilməsinə töhfə vermişdir. Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyası Terminologiya Komitəsinin üzvü kolmuş, azərbaycan dilində yeni, daha işlək terminlərin yaradılması sahəsində işlər görmüşdür. O cümlədən, “Əsrin müqaviləsi”nin və bir sıra beynəlxalq sənədlərin tərcüməsində iştirak etmişdir.

Haqqında məlumatlar

14 mart 1924-cü il tarixdə Nuxada anadan olub.

Təhsili

Fayl:Cəlil Xəlilov, atestat2.jpg
Cəlil Xəlilova verilmiş atestat

1940-cı ildə Mirzə Fətəli Axundov adına Nuxa şəhər 2 nömrəli məktəbi əla qiymətlərlə bitirib.

1940 – 1942-ci illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə təhsil alıb.

1946-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.

Hərbi xidmət

1942 – 1946-cı illərdə Böyük Vətən müharibəsində iştirak edib.

Əmək fəaliyyəti

1946 – 1950-ci illərdə M.Qorki adına 10 №-li Nuxa şəhər orta məktəbində rus dili müəllimi işləyib.

1950-ci ildə Azərbaycan KP MK-nın qərarı ilə Azərbaycan Teleqraf Agentliyinin tərcüməçilər və redaktorlar qrupunda fəaliyyət göstərməyə başlayıb. Bunda az sonra Azərinformun direktor müavini vəzifəsinə təyin edilib. Daha sonrakı illərdə əvvəl Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetinin redaksiyasında tərcümə şöbəsinin müdiri (1974 – 1986), sonra isə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun baş elmi işçisi və tərcüməçi redaktoru (1987 – 1991) vəzifəsində çalışıb. Təqaüdə çıxdıqdan sonra isə əmək fəaliyyətini əvvəl Azərbaycan Respublikası Statistika Komitəsində ümumi şöbənin baş müfəttiş-tərcüməçisi (1992 – 1993) və AzərTAC-da tərcüməçi-redaktor, sonra isə Azərbaycan Beynəlxalq Bankında protokol şöbəsinin aparıcı və baş mütəxəssis-tərcüməçisi (1993 – 2000) kimi davam etdirib.

Təltiflər

Xatirəsi

2005-ci ildə Şəki şəhərində küçələrdən birinə Cəlil Xəlilovun adı verilib[1].

İstinadlar

  1. Şəki Şəhər İHB-nın 28.06.2005-ci il tarixli, 1/122 saylı Sərəncamı

Ədəbiyyat

Şablon:Yaxşı məqalə