Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Cəlil Xəlilov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 14:40, 20 iyul 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Cəlil Xəlilov
Xəlilov Cəlil Əliheydər oğlu
Cəlil Xəlilov
Cəlil Xəlilov
Doğum tarixi 14 mart 1924(1924-03-14)
Doğum yeri Nuxa, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 7 dekabr 2004 (80 yaşında)
Milliyyəti azərbaycanlı
İxtisası tərcüməçi
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, rus dili və ədəbiyyatı fakültəsi
Mükafatları "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1969 "Əmək veteranı" medalı "Qırmızı Əmək Bayrağı" ordeni  — 1980

Cəlil Xəlilov (Xəlilov Cəlil Əliheydər oğlu; ) — Azərbaycanlı tərcüməçi-filoloq; SSRİ Jurnalistlər İttifaqının üzvü (1957), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1969), AMEA Terminologiya Komitəsinin üzvü.

Haqqında məlumatlar

Cəlil Xəlilov 14 mart 1924-cü il tarixində Nuxa şəhərində anadan olub. 1940-cı ildə Mirzə Fətəli Axundov adına Nuxa şəhər 2 nömrəli tam orta məktəbi bitirmişdir. Elə həmin ildə də Şəki şəhərində müəllimlər institutunun ikiillik fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1942-1946-cı illərdə ordu sıralarında xidmət etdikdən sonra Şəki şəhərinə qayıdıb M.Qorki adına 10 nömrəli orta məktəbdə rus dili müəllimi işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin rus dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Tərcüməçi kimi əmək fəaliyyətini 1950-ci ildə Azərbaycan Teleqraf Agentliyində (AzərTA) başlamışdır. Müxtəlif illərdə həmin agentliydə tərcüməçi-redaktor və direktor müavini vəzifələrində çalışmışdır. 1974-1986-cı illər ərzində "Kommunist" qəzeti redaksiyasında tərcümə şöbəsinin müdiri vəzifəsində çalışmışdır, 1987-ci ildə isə MK yanında Partiya tarixi institunda partiya tarixi bölməsinin baş elmi işçisi vəzifəsində çalışmışdır.

Təqaüdə cıxdıqdan sonra, müasir Azərbaycanda 1992-1993-cü illərdə Dövlət Statistika Komitəsində ümumi şöbənin baş müfəttiş-tərcüməçi vəzifəsində, 1993-2000-ci illərdə isə Azərbaycan Beynəlxalq Bankında protokol şöbəsinin aparıcı və baş mütəxəssis-tərcüməçisi vəzifələrini yerinə yetirmişdir. 2001-2002-ci illərdə isə Azərbaycan Dövlət Teleqraf Agentliyində tərcüməçi-redaktor vəzifəsində çalışmışdır.

Əmək fəaliyyəti dövründə Cəlil Xəlilov Azərbaycanda mətbuat, nəşriyyat və kütləvi informasiya sahəsində çalışan kadrların peşə hazırlığının yüksəldilməsinə və ixtisaslarının təkmilləşdirilməsinə töhvə vermişdir. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası Terminologiya Komitəsinin üzvü kimi o Azərbaycan dilində yeni, daha işlək terminlərin yaradılması sahəsində işlər görmüşdür. O həmçinin "Əsrin müqaviləsi"nin və bir sıra beynəlxalq sənədlərin təcrüməsində iştirak etmişdir.

Xatirəsi

2005-ci ildə Cəlil Xəlilovun adına Şəki şəhərində küçə verilmişdir.[1]

Təltiflər

İstinadlar

  1. Şəki Şəhər İHB-nın 28.06.2005-ci il tarixli, 1/122 saylı Sərəncamı

Ədəbiyyat