Cəlil Xəlilov

Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 13:52, 1 sentyabr 2021 tarixli redaktə

Cəlil Xəlilov (1924 − 2004) — tərcüməçi-jurnalist, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. Azərbaycanda mətbuat, nəşriyyat və kütləvi informasiya sahəsində çalışan kadrların peşə hazırlığının yüksəldilməsinə və ixtisaslarının təkmilləşdirilməsinə töhfə vermişdir. Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyası Terminologiya Komitəsinin üzvü olmuş, azərbaycan dilində yeni, daha işlək terminlərin yaradılması sahəsində əməli işlər görmüşdür. O cümlədən, “Əsrin müqaviləsi”nin və bir sıra beynəlxalq sənədlərin tərcüməsində də iştirak edib.

Cəlil Xəlilov
Xəlilov Cəlil Əliheydər oğlu
Cəlil Xəlilov
Cəlil Xəlilov.
Doğum tarixi 14 mart 1924(1924-03-14)
Doğum yeri Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 7 dekabr 2004 (80 yaşında)
Milliyyəti azərbaycanlı
İxtisası rus dili və ədəbiyyatı
Təhsili

Nuxa İkiillik Müəllimlər İnstitutu, fizika-riyaziyyat fakültəsi (1940 – 1942)

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, rus dili və ədəbiyyatı fakültəsi (1948 – )
Mükafatları "Əmək veteranı" medalı "Qırmızı Əmək Bayrağı" ordeni  — 1980
"Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1969

Haqqında məlumatlar

14 mart 1924-cü il tarixdə Nuxada anadan olub.

Təhsili

1931 – 1940-cı illərdə Mirzə Fətəli Axundov adına Nuxa şəhər 2 nömrəli tam orta məktəbində oxuyub; məktəbi əla qiymətlərlə bitirib.

1940 – 1942-ci illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb.

1948-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin rus dili və ədəbiyyatı fakültəsinə daxil olub.

Hərbi xidmət

1942 – 1946-cı illərdə Böyük Vətən müharibəsində iştirak edib.

Əmək fəaliyyəti

1946-cı ildə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbində rus dili müəllimi vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1950 – 1967-ci illərdə Azərbaycan Teleqraf Agentliyində (AzərTA) əvvəl tərcüməçi, sonra (1962 – 1967-ci illərdə) tərcüməçi redaktor və direktor müavini vəzifəsində çalışıb.

1967 – 1969-cu illərdə Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetinin redaksiyasında,

1969 – 1974-cü illərdə isə Azərbaycan KP MK yanında Partiya tarixi institutunda işləyib.

1974 – 1986-cı illərdə “Kommunist” qəzetinin redaksiyasında tərcüməçi və tərcümə şöbəsinin müdiri vəzifəsində çalışıb.

1986-cı ildə təqaüdə çıxsa da, əmək fəaliyyətini əvvəl Partiya tarixi institutunun partiya tarixi bölməsində baş elmi işçi kimi (1987), sonra Azərbaycan Respublikası Statistika Komitəsində ümumi şöbənin baş müfəttiş-tərcüməçisi (1992 – 1993) və AzərTAC-da tərcüməçi-redaktoru kimi, daha sonra isə Azərbaycan Beynəlxalq Bankında protokol şöbəsinin aparıcı və baş mütəxəssis-tərcüməçisi (1993 – 2000) kimi davam etdirib.

Təltif və mükafatları

Vəfatı

7 dekabr 2004-cü il tarixdə – 80 yaşında, Bakıda vəfat edib.

Sənədlər

Xatirəsi

2005-ci ildə Şəki şəhərində küçələrdən birinə Cəlil Xəlilovun adı verilib[1].

İstinadlar

  1. Şəki şəhər icra hakimiyyəti başçısının 28.06.2005-ci il tarixli, 1/122 saylı sərəncamı.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Xəlilov Cəlil // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 188-189. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Mahmudov R. Ağsaqqal jurnalistlərimiz: Tərcümə sənətinin ustadı (azərb.) // Azərbaycan : qəzet. — Bakı: “Azərbaycan” nəşriyyatı, 12 mart 2004. — № 59 (3674). — Səh. 7.