Cabbar Cabbarov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Cabbar Cabbarov
Cabbarov Cabbar Həsən oğlu
Cabbar Cabbarov
Cabbar Cabbarov.
Doğum tarixi 16 iyul 1949 (1949-07-16) (74 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi fizika-riyaziyyat
İş yeri Bakı Dövlət Universiteti, Ümumi fizika və FTM kafedrası (dosent)
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Elmi adı dosent

Cabbar Cabbarov — fizika-riyaziyyat elmləri namizədi, Bakı Dövlət Universitetinin Ümumi fizika və FTM kafedrasının dosenti.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

16 iyul 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1956 – 1966-cı illərdə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbdə,

1966 – 1971-ci illərdə S.M.Kirov adına Bakı Dövlət Universitetinin fizika fakültəsində,

1975 – 1978-ci illərdə Ukrayna SSR EA Fizika İnstitutunun aspiranturasına (Kiyev) təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1971 – 1975-ci illərdə SSRİ Elektron Sənayesi Nazirliyinin “VEQA” Xüsusi Konstruktor Bürosunda (Ryazan) elektronika mühəndisi,

1978 – 1980-ci illərdə Ukrayna SSR EA Fizika İnstitutunun Qaz elektronikası şöbəsində (Kiyev) mühəndis,

1980-cı ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində/Bakı Dövlət Universitetində işləyir; o cümlədən, əvvəl baş laborant, sonra laboratoriya müdiri, daha sonra müəllim, baş müəllim, dosent vəzifəsini tutub.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1982-ci ildə “Mənfi ion dəstələrinin daşınmasına təsir edən fiziki proseslərin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

65 məqalənin, 1 kitabın müəllifidir.

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Ailəlidir. İki övladı var.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Cabbarov Cabbar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 77-78. — 1.000 nüsx.
  2. Cabbarov Cabbar Həsən oğlu : [arx. 7 Jul 2011 - 18 Feb 2020] : [azərb.] // Bakı Dövlət Universiteti. — Müraciət tarixi: 15.07.2021.
  3. Cabbarov Cabbar Həsən oğlu : [arx. 23.12.2018] : [azərb.] // Bakı Dövlət Universiteti. — Müraciət tarixi: 15.07.2021.