Cabbar Cabbarov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:05, 16 iyul 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Cabbar Cabbarov
Cabbarov Cabbar Həsən oğlu
Cabbar Cabbarov
Cabbar Cabbarov.
Doğum tarixi 16 iyul 1949 (1949-07-16) (72 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi fizika-riyaziyyat
İş yeri Bakı Dövlət Universiteti, Ümumi fizika və FTM kafedrası (dosent)
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Elmi adı dosent

Cabbar Cabbarov — fizika-riyaziyyat elmləri namizədi, Bakı Dövlət Universitetinin Ümumi fizika və FTM kafedrasının dosenti.

Haqqında məlumatlar

16 iyul 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1956 – 1966-cı illərdə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbdə,

1966 – 1971-ci illərdə S.M.Kirov adına Bakı Dövlət Universitetinin fizika fakültəsində,

1975 – 1978-ci illərdə Ukrayna SSR EA Fizika İnstitutunun aspiranturasına (Kiyev) təhsil alıb.

Əmək fəaliyyəti

1971 – 1975-ci illərdə SSRİ Elektron Sənayesi Nazirliyinin “VEQA” Xüsusi Konstruktor Bürosunda (Ryazan) elektronika mühəndisi,

1978 – 1980-ci illərdə Ukrayna SSR EA Fizika İnstitutunun Qaz elektronikası şöbəsində (Kiyev) mühəndis,

1980-cı ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində/Bakı Dövlət Universitetində işləyir; o cümlədən, əvvəl baş laborant, sonra laboratoriya müdiri, daha sonra müəllim, baş müəllim, dosent vəzifəsini tutub.

Elmi fəaliyyəti

1982-ci ildə “Mənfi ion dəstələrinin daşınmasına təsir edən fiziki proseslərin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

65 məqalənin, 1 kitabın müəllifidir.

Ailəsi

Ailəlidir. İki övladı var.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Cabbarov Cabbar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 77 – 78. — 1.000 nüsx.
  2. Cabbarov Cabbar Həsən oğlu : [arx. 7 Jul 2011 - 18 Feb 2020] : [azərb.] // Bakı Dövlət Universiteti. — Müraciət tarixi: 15.07.2021.
  3. Cabbarov Cabbar Həsən oğlu : [arx. 23.12.2018] : [azərb.] // Bakı Dövlət Universiteti. — Müraciət tarixi: 15.07.2021.