Cahangir Hacıyev
Cahangir Hacıyev — beynəlxalq iqtisadiyyat üzrə elmlər doktoru, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri.
Cahangir Hacıyev | |
---|---|
Hacıyev Cahangir Fevzi oğlu | |
![]() | |
Cahangir Hacıyev, 2009-cu il. |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
26 oktyabr 1961-ci il tarixdə Bakıda anadan olub.
Təhsili və elmi fəaliyyəti Vizual/Mobil redaktə
1986-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.
1993-cü ildə Austində Texas Universitetində MBA (Master Administration in Business Administration) magistr dərəcəsinə,
Rusiya Elmlər Akademiyasının nəzdində İqtisadiyyat İnstitutunda isə beynəlxalq iqtisadiyyat üzrə elmlər doktoru elmi dərəcəsinə yiyələnib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1993 – 1995-ci illər arasında Azərbaycanın Xarici İqtisadi Əlaqələr Nazirliyində,
1995-ci ildən isə Azərbaycan Beynəlxalq Bankında işləyib.
2001 – 2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri olub.
18 mart 2015-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurası onun istefasının qəbul olunması və vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.
Məhkumluğu Vizual/Mobil redaktə
14 oktyabr 2016-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum olunub.
Həmçinin, bax: Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
...