Cahangir Rüstəmov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Cahangir Rüstəmov
Rüstəmov Cahangir Mahmud oğlu
Cahangir Rüstəmov
Cahangir Rüstəmov.
Doğum tarixi 5 mart 1926(1926-03-05)
Doğum yeri Nuxa (indiki Şəki), Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 13 fevral 2007 (80 yaşında)
Vətəndaşlığı SSRİ Azərbaycan
Mükafatları "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı"Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı
Uşaqları Eldar, Elşad
Həyat yoldaşı Solmaz Mövlayeva

Cahangir Rüstəmov (1926–2007) — Azərbaycan Respublikasının xalq rəssamı.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

5 mart 1926-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1939-cu ildə Bakıda yeddiillik məktəbi bitirib.

1939 – 1941-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.

Yaradıcılığı[Vizual redaktə | HTML redaktə]

Yaradıcılığında əsas yeri əmək mövzusuna verib. Xüsusilə, kənd zəhmətkeşlərinin həyatını və məişətini böyük ustalıqla öz əsərlərində əks etdirə bilib. Milli koloriti, emosional ruhu ilə seçilən “Üzümlük”, “Çay becərənlər”, “Tarla zəhmətkeşləri”, “Balaca köməkçi”, “Kolxozçular”, “Dağlarda”, “Şahdağ” və digər tabloları ona şöhrət gətirib.

Əsərləri Rusiyada, Türkiyədə, Livanda, İran İslam Respublikasında, Bolqarıstanda, Macarıstanda, Suriyada, Rumıniyada və bir çox başqa xarici ölkələrdə nümayiş etdirilib və onlardan bəziləri bir sıra muzeylərin, qalereyaların fondlarına daxil edilib.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Vəfatı[Vizual redaktə | HTML redaktə]

13 fevral 2007-ci il tarixdə – 80 yaşında, Bakıda vəfat edib.

Aləsi[Vizual redaktə | HTML redaktə]

Həyat yoldaşı: Mövlayeva Solmaz Ələkbər qızı (1928 – 2010) uzun illər Azərbaycan Dövlət Layihələndirmə İnstitutunda aparıcı memar vəzifəsində çalışıb.

Böyük oğlu: Rüstəmov Eldar, texniki elmlər üzrə fəlsəfə dokturudur. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti konstruksiyaları kafedrasında dosent və FHN Təsisatdan kənar Dövlət Ekspertiza Baş İdarəsində baş mütəxəssis vəzifəsində çalışır.

Kiçik oğlu: Rüstəmov Elşad Azərbaycan Dövlət Pedaqoji Universitetinin təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müəllimidir.

Xatirəsi[Vizual redaktə | HTML redaktə]

1 aprel – 8 aprel 2016-cı il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində 90 illiyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi təşkil olunub.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. "Cahangir Rüstəmovun fərdi yaradıcılıq sərgisi keçirildi..." http://nationalartmuseum.az/ (azərb.). Milli İncəsənət Muzeyi. 12 Feb 2021 tarixində arxivləşdirilib.

Həmçinin, bax:[Vizual redaktə | HTML redaktə]

Aslan Rüstəmov