Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Cavad İsmayıllı

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:C{{Şəxs |Adı = Cavad Məmməd oğlu İsmayıllı |Orijinal adı = |Şəkil = Cavad İsmayilli.jpg |Şəkil miqyası = |...' ilə yarat) tərəfindən edilmiş 01:41, 17 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Cavad Məmməd oğlu İsmayıllı
Cavad Məmməd oğlu İsmayıllı
Doğum tarixi 7 yanvar 1956 (1956-01-07) (68 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı

Cavad İsmayıllı (Cavad Məmməd oğlu İsmayıllı; d. 1956, Nuxa, Azərbaycan SSR, SSRİ) — 2010 – 2020-cu illərdə Şəki şəhər bələdiyyəsinin üzvü olub.

Haqqında məlumatlar

1956-cı ildə Nuxa şəhərində anadan olub. 1970-ci ildə Şəki şəhər 1 saylı orta məktəbin 8-ci sinifini bitirib. 1970 – 1974-cü illərdə Şəki Pedaqoji Texnikumunun Əmək və rəsmxət şöbəsində təhsil almış, 1975–1977-ci illərdə hərbi xidmətdə olmuşdur. 1977 – 1980-ci illərdə Şəki şəhər 14 saylı orta məktəbdə müəllim işləyib. 1980 – 1985-cı illərdə Rusiya Federasiyasının Xabarovski şəhərindəki Enerqomaş zavodunda sınaqçı mühəndis vəzifəsində çalışıb. 1985-ci ildə Azərbaycana qayıdıb və əmək fəaliyyətini 9 saylı məktəbdə davam etdirib.

2006-cı ildən Ümid partiyası Şəki rayon təşkilatının sədridir.

2009-cu və 2014-cü illərdə Şəki şəhər bələdiyyəsinin üzvü seçilib.

2019-cu il 23 dekabr tarixdə Azərbaycan Respublikasının ərazisində keçirililmiş bələdiyyə seçkilərində Ümid Partiyasından Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülmüşdü. Lakin seçkinin başlanmasınadək namizədliyini geri götürüb.

Ailəlidir, 1 övladı var.

Həmçinin, bax:


Mənbələr