Cavad İsmayıllı — ictimai-siyasi fəal, pedaqoq, Şəki şəhər bələdiyyəsinin sabiq üzvü.

Cavad İsmayıllı
İsmayıllı Məmməd oğlu İsmayıllı
Cavad İsmayıllı
Cavad İsmayıllı.
Doğum tarixi 7 yanvar 1956 (1956-01-07) (68 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı

Haqqında məlumatlar

7 yanvar 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1970-ci ildə Şəki şəhər 1 saylı orta məktəbin 8-ci sinifini bitirib.

1970 – 1974-cü illərdə Şəki Pedaqoji Texnikumunun əmək və rəsmxət şöbəsində təhsil alıb.

Hərbi xidmət

1975 – 1977-ci illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1977 – 1980-ci illərdə Şəki şəhər 14 saylı orta məktəbdə müəllim işləyib.

1980 – 1985-cı illərdə Rusiya Federasiyasının Xabarovsk şəhərindəki Enerqomaş zavodunda sınaqçı mühəndis vəzifəsində çalışıb.

1985-ci ildə Azərbaycana qayıdıb və əmək fəaliyyətini 9 saylı məktəbdə davam etdirib.

İctimai-siyasi fəaliyyəti

2006-cı ildən Ümid partiyası Şəki rayon təşkilatının sədridir.

2009-cu və 2014-cü illərdə Şəki şəhər bələdiyyəsinin üzvü seçilib.

2019-cu il bələdiyyə seçkilərində də Ümid Partiyasından Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülmüşdür. Lakin seçkinin başlanmasınadək – 23 dekabradək, namizədliyini geri götürüb.

Ailəsi

Ailəlidir, 1 övladı var.

Ədəbiyyat

  1. “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifədə.
  2. "ŞƏKİ BƏLƏDİYYƏSİ ÜZRƏ NAMİZƏDLƏR ( 55 namizəd )". https://www.infocenter.gov.az (azərb.). İnformasiya Mərkəzi. 21 Jun 2021 tarixində arxivləşdirilib.

Həmçinin, bax: