Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Cavanşir Feyziyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni 'Kateqoriya:C{{Şəxs |Adı = Cavanşir Feyziyev |Şəkil = Cavanşir_Feyziyev.jpg |Şəkil miqyası = 250px |Şəkil məlumat = Cavanşir...' ilə yarat)
 
Sətir 1: Sətir 1:
[[Kateqoriya:C]]{{Şəxs
+
[[Kateqoriya:C]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]]{{Şəxs
 
|Adı              = Cavanşir Feyziyev
 
|Adı              = Cavanşir Feyziyev
 
|Şəkil            = Cavanşir_Feyziyev.jpg
 
|Şəkil            = Cavanşir_Feyziyev.jpg

10:37, 26 iyun 2020 versiyası

Cavanşir Feyziyev
Cavanşir Feyziyev
Cavanşir Feyziyev
Doğum tarixi 12 iyul 1963 (1963-07-12) (60 yaş)
Doğum yeri Böyük Dəhnə, Vartaşen rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Əyyub Bəşir oğlu Feyziyev
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (1986 – 1991)
Rəsmi saytı

Cavanşir Feyziyev (Feyziyev Cavanşir Əyyub oğlu; d.  12 iyul 1963, Böyük Dəhnə, Vartaşen rayonu, Azərbaycan SSR, SSRİ) — 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən IV – VI çağırış Azərbaycan Respublikasının Milli Məclis üzvlüyünə namizəd, IV – V çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü.

Haqqında məlumatlar

1963-cü ildə Vartaşen rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1970 – 1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində, 1977 – 1980-ci illərdə isə Orjonikidze (Turan) qəsəbəsindəki riyaziyyat təmayüllü internat məktəbdə oxuyub. 1983 – 1985 həqiqi hərbi xidmətdə olub. 1986 – 1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil alıb.

Karyerası

Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdində “Linqvist” tədris-tərcümə mərkəzinin icraçı direktoru (1991 – 1992), Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi (1992 – 1994), Belçikanın “Sərhədsiz həkimlər” humanitar təşkilatında tərcüməçi və inzibatçı (sentyabr 1994 – may 1995), ABŞ-nın “Philip Morris” şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri (may 1995 – oktyabr 1998) və “AvroMed” şirkətinin baş direktoru (oktyabr 2002 – noyabr 2010)[qeyd 1] vəzifələrində çalışıb. 2004-cü ildən Şəkidə fəaliyyət göstərən «Tour-İnvest» şirkətinin təsisçisidir.

Milli Məclisdə

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Mədəniyyət Komitəsinin, Azərbaycan Respublikasının Milli Məclisi ilə İsveçrə, Macarıstan, Bosniya-Herseqovina, Qırğızıstan və Yaponiya parlamentləri arasında işçi qrupların, Türkdilli ölkələrin Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin, AVRONEST Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin üzvü, Azərbaycan – Böyük Britaniya və Azərbaycan – Fransa parlamentlərarası işçi qruplarının rəhbəri, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri (yanvar 2017) olub.

İctimai aktivliyi

  • 2005-ci ildən “Discovery Azerbaijan” adlı elmi-kütləvi jurnalın təsisçisi və baş redaktorudur.
  • “Azərbaycan – Qazaxıstan Dostluq Cəmiyyəti” İctimai Birliyinin həmtəsisçisidir.
  • 2010-cu ildən etibarən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
  • 2013-cü və 2018-ci illərdə Azərbaycan jurnalistlərinin VI və VII qurultaylarında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilmişdir.
  • 2015-ci ildə Kolmar (Fransa) şəhərinin Fəxri Səfiri elan olunmuşdur.
  • 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Elmi fəaliyyəti

2004 – 2009-cu illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı olmuş, 2009-cu ilin oktyabr ayında «Etno–siyasi münaqişələrin mənəvi aspektləri» mövzusvunda dissertasiya müdafiə etmiş və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2010-cu ildən AMEA Fəlsəfə İnstitutunun doktorantıdır. “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” adlı elmi işi siyasi elmlər üzrə elmlər doktoru dərəcəsi almaq üçün müdafiə ərəfəsindədir.

2002-ci ildə «Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri» adlı kitabı ingilis dilində nəşr olunmuşdur.

2008-ci ildə «Sülh fəlsəfəsi» adlı elmi-publisistik kitabı çapdan çıxmışdır.

2013-cü ildə “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı monoqrafiyası Azərbaycan dilində və sonrakı illərdə türk, qazax, qırğız, rus, boşnak və macar dillərində çap olunmuşdur.

2017-ci ildə Türk Dünyası adlı 5-cildlik toplu nəşr edilmişdir.

2015-ci ildə Fransa tarixçisi Jorj dö Mallevilin “1915-ci il erməni faciəsi” adlı kitabını Azərbaycan dilinə tərcümə edərək nəşr etdirmişdir.

2016-cı ildə Fransa yazıçısı, Nobel mükafatı laureatı Patrik Modianonun “Məhəllədə azmamaq üçün” adlı romanını Azərbaycan dilinə tərcümə etmişdir.

2018-ci ildə Fransa yazıçısı Jan Kristof Rufenin “Böyük Kör” romanını Azərbaycan dilinə tərcümə etmişdir.

2009 – 2019-cu illər arasında 60-dan çox elmi məqaləsi Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan, Ukrayna və Rusiyanın müxtəlif elmi nəşrlərində dərc olunmuşdur.

Dövri mətbuatda ictimai-siyasi və tarixi-fəlsəfi mövzularda 100-dən çox məqalənin müəllifidir.

Azərbaycan, rus, türk, fransız və ingilis dillərini bilir.

Mükafatları

  1. “Şöhrət çələngi” – 2005-ci ildə Avropa Biznes Assambleyası (London, Oksford) tərəfindən təltif edilmişdir.
  2. “Qızıl qələm” – 2010-cu ildə təltif edilmişdir.
  3. “Uğur” Milli Mükafatı – 2010-cu ildə Regionların social-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsində fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə layiq görülüb.
  4. Beynəlxalq Türk Akademiyasının qızıl medalı – 2016-cı ildə təltif olunmuşdur.
  5. “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illik yubileyi” medalı – 2016-cı ildə Qazaxıstan Prezidentinin Fərmanı ilə təltif olunub.
  6. “Türk Dünyasının Şərəf medalı” – 2018-cı ildə təltif olunub.
  7. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin medalı – 2018-cı ildə təltif olunub.
  8. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı – 2019-cu ildə təltif olunub.
  9. “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” medalı – 2019-cu ildə təltif olunub.

Qeydlər

  1. 2007 – 2016-cı illərdə “AvroMed” şirkətinin səhmdarı olub.

İstifadə edilmiş mənbələr

Xarici keçidlər

Vikianbarda Cavanşir Feyziyev ilə əlaqəli mediafayllar var.