Cavanşir Feyziyev — Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

Cavanşir Feyziyev
Feyziyev Cavanşir Əyyub oğlu
Cavanşir Feyziyev
Cavanşir Feyziyev.
Doğum tarixi 12 iyul 1963 (1963-07-12) (60 yaş)
Doğum yeri Böyük Dəhnə, Vartaşen rayonu[qeyd 1], Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elmi dərəcəsi fəlsəfə üzrə fəlsəfə doktoru
Təhsili Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu, tərcümə fakültəsi (1986–1991)
Atası Əyyub Bəşir oğlu Feyziyev
Mükafatları "Şöhrət" ordeni — 2023"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı
Rəsmi saytı
(saytın arxiv versiyası)
facebook səhifəsi

Haqqında məlumatlar Redaktə

12 iyul 1963-cü il tarixdə Vartaşen rayonunun[qeyd 1] Böyük Dəhnə kəndində anadan olub.

Təhsili Redaktə

1970 – 1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində,

1977 – 1980-ci illərdə isə Orjonikidze (indiki Turan) qəsəbəsindəki riyaziyyat təmayüllü internat məktəbində,

1986 – 1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti Redaktə

1991 – 1992-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdində “Linqvist” tədris-tərcümə mərkəzinin icraçı direktoru,

1992 – 1994-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasında müəllim,

1994 – 1995-ci illərdə Belçikanın “Sərhədsiz həkimlər” humanitar təşkilatında tərcüməçi və inzibatçı,

1995 – 1998-ci illərdə ABŞ-ın “Philip Morris” şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri,

2002 – 2010-cu illərdə “AvroMed” şirkətinin baş direktoru[qeyd 1] vəzifələrində çalışıb.

Milli Məclisdə Redaktə

2010, 2015 və 2020-ci illərdə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin (müvafiq olaraq, IV, V və VI çağırış) deputatı seçilib.

Təltif və mükafatları Redaktə

  1. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı – (2019);
  2. “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” medalı – (2019).
  3. “Şöhrət” ordeni (2023).

Qeydlər Redaktə

  1. 1,0 1,1 1,2 4 yanvar 1963-cü il tarixdə Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.

Ədəbiyyat Redaktə

  1. Qarayev Z. Gənc havadar // Dəhnə ziyalıları. — Bakı: Şuşa, 2000. — Səhifələrin sayı:  152. — Səh.: 80-84. — 500 nüsx.;
  2. Məmmədov Ə., Xalıqov F. Feyziyev Cavanşir // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 147-150. — 600 nüsx. — ISBN 5-8066-1708-4.;
  3. Orsər R. Cavanşir Feyziyev // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 683. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  4. Bioqrafiya. http://cavansir.feyziyev.com/. Cavanşir Feyziyev. Arxivləşdirilib (14 Mar 2016 - 6 Jan 2021).

Vikianbarda Cavanşir Feyziyev ilə əlaqəli mediafayllar var.