Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Cavanşir Feyziyev

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Cavanşir Feyziyev
Feyziyev Cavanşir Əyyub oğlu
Cavanşir Feyziyev
Cavanşir Feyziyev.

Cavanşir Feyziyev — Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

12 iyul 1963-cü il tarixdə Vartaşen rayonunun[qeyd 1] Böyük Dəhnə kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1970 – 1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində,

1977 – 1980-ci illərdə isə Orjonikidze (indiki Turan) qəsəbəsindəki riyaziyyat təmayüllü internat məktəbində,

1986 – 1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1991 – 1992-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdində “Linqvist” tədris-tərcümə mərkəzinin icraçı direktoru,

1992 – 1994-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasında müəllim,

1994 – 1995-ci illərdə Belçikanın “Sərhədsiz həkimlər” humanitar təşkilatında tərcüməçi və inzibatçı,

1995 – 1998-ci illərdə ABŞ-ın “Philip Morris” şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri,

2002 – 2010-cu illərdə “AvroMed” şirkətinin baş direktoru[qeyd 1] vəzifələrində çalışıb.

Milli Məclisdə[Vizual/Mobil redaktə | HTML redaktə]

2010, 2015, 2020 və 2024-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin (müvafiq olaraq, IV, V, VI və VII çağırış) deputatı seçilib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı – (2019);
  2. “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” medalı – (2019).
  3. “Şöhrət” ordeni (2023).

Qeydlər[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. 1,0 1,1 4 yanvar 1963-cü il tarixdə Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Qarayev Z. Gənc havadar // Dəhnə ziyalıları. — Bakı: Şuşa, 2000. — Səhifələrin sayı:  152. — Səh.: 80-84. — 500 nüsx.;
  2. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 147-150. — 600 nüsx. — ISBN 5-8066-1708-4.;
  3. Orsər R. Cavanşir Feyziyev // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 683. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  4. Bioqrafiya : [arx. 14 Mar 2016 - 6 Jan 2021] // Cavanşir Feyziyev. — Müraciət tarixi: 12.07.2025.

Vikianbarda Cavanşir Feyziyev ilə əlaqəli mediafayllar var.

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...