Cavanşir Quliyev: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Sətir 70: Sətir 70:
* “Qızıl Pəri” mükafatı (2015), “Ən yaxşı orijinal musiqi” nominasiyasında və [[Sübhün səfiri (film, 2012)|“Sübhün səfiri”]] filminə görə (2015).
* “Qızıl Pəri” mükafatı (2015), “Ən yaxşı orijinal musiqi” nominasiyasında və [[Sübhün səfiri (film, 2012)|“Sübhün səfiri”]] filminə görə (2015).


== Əsərləri ==
=== Əsərləri ===
*Baletlər: Oğuznamə, "Tufan (balet)", "Kitabi Dədə Qorqud (balet)"
*Baletlər: [[:az:Oğuznamə (balet)|Oğuznamə]], “Tufan” (balet), “Kitabi Dədə Qorqud” (balet)
*Zurna və orkestr üçün Üvertüra (1980);
*Zurna və orkestr üçün “Üvertüra” (1980);
*Fleyta, saz və violonçel üçün "Karvan" (2000);
*Fleyta, saz və violonçel üçün “Karvan” (2000);
*Simli orkestr üçün "Dastan" (2001);
*Simli orkestr üçün “Dastan” ([[2001]]);
*"Məhəbbət oyunu" Operettası /libretto Q.Rəsulov/ (2001).
*“Məhəbbət oyunu” Operettası /libretto Q.Rəsulov/ (2001);
*Rəqs
*Rəqs;
 
*“Müşfiq ağıları” (oratoriya, 2020).
=== Mahnıları ===
'''Video'''
* [http://www.youtube.com/watch?v=AVplDgFma6U C. Quliyevin musiqisinə Yallı rəqsi]
 
'''Audio'''
* [http://mediateka.musigi-dunya.az/audio/c_quliyev/kim_ne_deyar.mp3 "Kim nə deyər bizdə olan qeyrətə"] - sözləri: [[:az:Mirzə Ələkbər Sabir]]
* [http://mediateka.musigi-dunya.az/audio/c_quliyev/bir_uchaydim.mp3 "Bir uçaydım"] - sözləri: [[:az:Məhəmmədhüseyn Şəhriyar]]


== Filmoqrafiya ==
== Filmoqrafiya ==

16:15, 21 noyabr 2020 versiyası

Cavanşir Quliyev
Quliyev Cavanşir Rəhim oğlu
Cavanşir Quliyev
Cavanşir Quliyev
Şəxsi məlumatlar
Doğum adı 22 noyabr 1950 (1950-11-22) (73 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Peşəsi bəstəkar

Musiqi alətləri tar, piano
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 1992 Azərbaycan SSR LKGİ mükafatı — 1982 "Humay" mükafatı — 2000 "Qızıl Dərviş" mükafatı — 2001
IMDb ID 0474534

Cavanşir Quliyev — tanınmış Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi.

Həyatı

1950-ci il noyabrın 22-də Nuxada anadan olub. Orta rus məktəbini 1967-ci ildə, Nuxa Musiqi Texnikumunu 1968-ci ildə bitirib. Həmin il Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakültəsinin Tar Şöbəsinə daxil olub. İki ildən sonra Konservatoriyanın Bəstəkarlıq Fakültəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinifini bitirib.

Diplom işi – böyük simfonik orkestr üçün “Birinci Simfoniya” olub. Hələ tələbə ikən, C.Quliyev bəstəkarlıqda eksperimentlərinə başlamışdı. 2-ci kursda oxuyarkən yazdığı “Birinci Kvartetdə”, gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olmuşdu. Əsər dinləyənlər tərəfindən böyük maraqla qarşılanmış, bəyənilmiş və uzun müddət “millilik və müasirlik” baxımından yaradıcı mübahisələrin səbəbi olmuşdur. Bir sıra Konservatoriyalararası konfranslarda, o zamanki SSRİ Bəstəkarlar İttifaqında (Moskva) səsləndirilmiş, və böyük maraq doğurmuşdur. Sonralar C.Quliyevin bu üslubda bəstələdiyi bir sıra başqa əsərləri Avropanın çeşidli ölkələrində və Amerikada ifa olunaraq, böyük rəğbət görmüşdür.

Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. C.Quliyev ilk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tədbiq etmişdir. C.Quliyev ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlətmişdir. Tələbəlik illərindən, yəni 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb və həmin vəzifədə 17 il çalışıb.

1990-1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri olub. 1980 – 1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında – Bakı Musiqi Akademiyasında, 1994 – 2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq 1992-ci il sentyabr ayının 1-dən 2005 ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib. 2003-cü ildən Azərbaycən Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən – Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitəsinin Səhnə Sənətləri Fakultəsinin professorudur.

Mükafatları

Əsərləri

  • Baletlər: Oğuznamə, “Tufan” (balet), “Kitabi Dədə Qorqud” (balet)
  • Zurna və orkestr üçün “Üvertüra” (1980);
  • Fleyta, saz və violonçel üçün “Karvan” (2000);
  • Simli orkestr üçün “Dastan” (2001);
  • “Məhəbbət oyunu” Operettası /libretto — Q.Rəsulov/ (2001);
  • Rəqs;
  • “Müşfiq ağıları” (oratoriya, 2020).

Filmoqrafiya

Filmoqrafiya
  1. Ac həriflər (film, 1993).
  2. Ağ atlar üçün vals (film, 1987).
  3. Ağ dünya (film, 1995).
  4. Anarla üz-üzə (film, 1989).
  5. Araqarışdıran (film, 1987).
  6. Arxada qalmış gələcək (film, 2004).
  7. Astana (film, 1986).
  8. Aşıq Qərib (film, 1988).
  9. Azərbaycan milli qəhrəmanları. Albert Aqarunov. Dostuma məkub... (film, 2010).
  10. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996).
  11. Bəxtiyar Vahabzadə (film, 1987).
  12. Buta (film, 2011).
  13. Canavar balası (film, 1997).
  14. Cavid ömrü (film, 2007).
  15. Çalalar (film, 2000).
  16. Çətin məsələ (film, 1988).
  17. Daş yaddaş (film, 1986).
  18. Dirsə xanın oğlu Buğacın boyu (film, 2000).
  19. Dünya bir pəncərədir (film, 1990).
  20. Etiraf (film, 1992).
  21. Əzablı yollar (film, 1995).
  22. Fatehlərin divanı (film, 1997).
  23. Fəryad (film, 1993).
  24. Girişmə, öldürər! (film, 1990).
  25. Günahsız Abdulla (film, 1984).
  26. Günahsız Abdulla (film, 1984).
  27. Haray (film, 1990).
  28. Həqiqətin anı (film, 1984).
  29. Xeyir və Şər (film, 1980).
  30. İtkin gəlin (film, 1994).
  31. Kəndlərin harayı (film, 1987).
  32. Qayıdış (film, 1992).
  33. Qəm pəncərəsi (film, 1986).
  34. Qırmızı qar (film, 1998).
  35. Qocalar, qocalar... (film, 1982).
  36. Lətifə (film, 1989).
  37. Mirzə Kazım bəy (film, 1983).
  38. Muğam (film, 1995).
  39. Nigarançılıq (film, 1998).
  40. Salur Qazanın evi talandığı boy (film, 2001).
  41. Sənsiz (film, 1989).
  42. Sonuncu məhəbbət (film, 1985).
  43. Sovet Azərbaycanı (film, 1982).
  44. Sübhün səfiri (film, 2012).
  45. Süd dişinin ağrısı (film, 1987).
  46. Şirbalanın məhəbbəti (film, 1991).
  47. Taleyin qisməti (film, 1996-1997).
  48. Topal Teymur (film, 1983).
  49. Yağışdan sonra (film, 1998).
  50. Yarımştat (film, 1996).
  51. Yaşıl eynəkli adam (film, 1987).
  52. Yaşıl eynəkli adam-2 (film, 1999).
  53. Yaşıl eynəkli adam-3 (film, 2002).
  54. Yeniləşmiş diyar (film, 1984).
  55. Yumurta (film, 2003).

Teatr tamaşalarına musiqi

  • M. F. Axundov "Xırsquldurbasan" /rejissor: Cahangir Novruzov/Şəki D. D. Teatrı/"
  • "Hərənin bir ulduzu" /rej: H. Atakişiyev/Şəki D. D. Teatrı/"
  • "Evlərin axşamları"/Şəki D. D. Teatrı/"
  • "Sevgililərin cəhənnəmdə vüsalı" /müəllif – İ.Əfəndiyev/ (1991);
  • "İydə ağacı" /müəllif – İ.Əfəndiyev/ (1992);
  • "Özümüzü kəsən qılınc" /müəllif – B.Vahabzadə/ (1999);
  • "Dar ağacı" /müəllif – B.Vahabzadə/, "Aydın" /müəllif – C.Cabbarlı/ (2000).

Məqalələri

  • "Azərbaycan mahnısı: Yol ayrıcında". "Musiqi dünyası" jurnalı, №1, 1999; Musiqili kompüter proqramları. "Musiqi dünyası", №2, 2000.

İstinadlar

Həmçinin bax