Cavanşir Quliyev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) (→‎Həmçinin, bax:) tərəfindən edilmiş 00:08, 5 oktyabr 2021 tarixli redaktə
Cavanşir Quliyev
Quliyev Cavanşir Rəhim oğlu
Cavanşir Quliyev
Cavanşir Quliyev.
Şəxsi məlumatlar
Doğum adı 22 noyabr 1950 (1950-11-22) (73 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Peşəsi bəstəkar
Atası Rəhim Quliyev
Anası Tavat Quliyeva

Musiqi alətləri tar, piano
Təhsili

 • Nuxa Musiqi Texnikumu

 • Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, xalq çalğı alətləri fakültəsi, xalq çalğı alətləri fakültəsi, tar şöbəsi (1968–1970)

 • Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, bəstəkarlıq fakültəsi (1970–1975)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 1992 Azərbaycan SSR LKGİ mükafatı — 1982 "Humay" mükafatı — 2000 "Qızıl Dərviş" mükafatı — 2001
IMDb ID 0474534

Cavanşir Quliyev — Azərbaycan bəstəkarı, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin səhnə sənətləri fakültəsinin professoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi.

Haqqında məlumatlar

22 noyabr 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1967-ci ildə orta məktəbi,

1968-ci ildə Nuxa Musiqi Texnikumunu bitirib.

1968 – 1970-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri fakültəsinin tar şöbəsində,

1970 – 1975-ci illərdə isə bəstəkarlıq fakültəsində, Cövdət Hacıyevin sinifində təhsil alıb.

Əmək fəaliyyəti

1973 – 1990-cı illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru,

1990 – 1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyində bədii rəhbər,

1980 – 1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında/Bakı Musiqi Akademiyasında müəllim,

1992 – 2005 ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri,

1994 – 2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim,

2003 – 2005-ci illərdə Azərbaycan Milli Konservatoriyasında əvvəl dosent, sonra professor vəzifəsində işləyib.

2005-ci ildən isə Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin səhnə sənətləri fakültəsinin professorudur.

Yaradıcılığı

Konservatoriyada 2-ci kursda oxuyarkən “Birinci Kvartetdə”ni, diplom işi olaraq isə böyük simfonik orkestr üçün “Birinci simfoniya”nı yazıb.

1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

İlk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tətbiq edib.

İlk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlətmişdir.

Əsərləri

  • “Yeddi məhbusə” – 2 hissəli musiqili komediya (libretto - Ə.Əmirli. 2003);
  • “Bayatı” – Hollandiyanın “Atlas” orkestri üçün poema (2004);
  • Dördüncü Simfoniya “Dastan” (1994-2006);
  • “Melodiya” violino, violonçel və piano üçün (2008);
  • “Oğuznamə” baletindən birinci süita simfonik orkestr üçün (2010);
  • “Expromte Suite” violino, violonçel və piano üçün 4 hissəli süita (2011);
  • “Üç əhval” kamera orkestri üçün 3 hissəli süita (2011).

Filmlərə musiqi

Tamaşalara musiqi

  • “Müqəddəs Valentin günü” (müəllif - Ə.Əmirli. 2003);
  • “Brusseldən məktublar” (müəllif - H.Həsənov. 2003);
  • “Rəqabət” (müəllif - B.Vahabzadə.2004);
  • “Woyzeck” (müəllif - G.Bühner.2007);
  • “Biznesmen” (müəllif - R.Abdullayev. 2007);
  • “Körpü” (müəllif - İ.Piriyev. 2008);
  • “Yedəkçi” (müəllif - C.Müsahipzadə. 2009);
  • “Rumuz Qoncagül” (müəllif O.Arayıcı. 2010);
  • “Sofoklesin Antiqonesi” (müəllif - B.Brext. 2011);
  • “Küçük adam, ne oldu sana?” (müəllif - H.Fallada. 2011);
  • “Müsyo Jordan və dərviş Məstəli şah” (müəllif - M.F.Axundov. 2012);
  • “Töre” (müəllif - T.Özakman. 2012).

Mükafatları

Ədəbiyyat

  1. Mete Ə. Cavanşir Quliyev // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 516-517. — 500 nüsx.
  2. "Quliyev Cavanşir Rəhim Oğlu ( 22.11.1950)". http://mk.musigi-dunya.az/ (azərb.). Musiqi Dünyası. 17 Oct 2016 – 1 May 2020 tarixində arxivləşdirilib.
  3. "Cavanşir Quliyev: "Qəfildən bıçağı qızların yanaqlarına yapışdırdım..."". https://news.milli.az/culture/19613.html (azərb.). milli.az. 31 Avqust 2010 08:46. 26 Oct 2018 - 10 Feb 2020 tarixində arxivləşdirilib.
  4. "Quliyev Cavanşir". http://music.mctgov.az/ (azərb.). zərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 26 Feb 2020 - 22 Sep 2020 tarixində arxivləşdirilib.

Həmçinin, bax:

Filmoqrafiya

Filmoqrafiya