Ceyhun Əfəndi

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 09:57, 21 iyul 2021 tarixli redaktə
Ceyhun Əfəndi
Əfəndiyev Ceyhun Vüsal oğlu
ing. Jeyhun Efendi
Ceyhun Əfəndi
Ceyhun Əfəndi, 2013-cü il.
Doğum tarixi 22 iyul 1979 (1979-07-22) (44 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan

Ceyhun Əfəndi — azərbaycanlı iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidenti. Şair Hikmət Ziyanın nəvəsidir.

Haqqında məlumatlar

22 iyul 1979-cu il tarixdə Bakıda anadan olub.

Təhsili

1986-cı ildə Bakı şəhərindəki 174 saylı məktəbin birinci sinfinə gedib.

1994-cü ildə Texas Universitetinə (ABŞ) qəbul olunub. Sonra təhsilini “Qərb” Universitetində tamamlayıb. Daha sonra Bredford Universitetində (Böyük Britaniya) МВА (ing. eM-Bi-Ey – master of business administration) diplomu alıb.

Əmək fəaliyyəti

1997-ci ildə “Emireyts” (ing. Emirates) aviokompaniyasının Bakı ofisində işləməyə başlayıb. Həmin vaxt aviokompaniya rəhbərliyi MDB və Bakı reyslərinin inkişaf etdirilməsində maraqlı olub. Amma ki 1999-cu ildə bu reyslərin rentabelli olmadığı məlum olur və bununla əlaqədar olaraq aviokompaniyanın Bakı ofisi bağlanır, Ceyhun Əfəndi isə aviokompaniyanın Dubayda yerləşən mərkəzi ofisində işləməyə göndərilir. Ceyhun Əfəndi orada bir müddət satış üzrə menecer vəzifəsində çalışır. Amma “Emireyts” rəhbərliyinin MDB reyslərinə marağı hələ bitməmişdi, MBD ölkələrinə birbaşa aviareyslərin açılması perspektivlərinin müəyyənləşdirilməsi üçün şöbə yaradılır və şöbəyə rəhbərlik etmək Ceyhun Əfəndiyə tapşırılır.

2006-ci ildə Ceyhun Əfəndi bir il “Emireyts” aviokompaniyasının Banqkokda yerləşən Tailand və Hind-Çin üzrə ofisinin direktoru vəzifəsində də çalışıb.

2007-ci ildən isə “Emireyts” aviokompaniyasının törəmə şirkəti olan “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidenti olub.

Ədəbiyyat

  1. Александрова Н. Коммерческий директор авиакомпании flydubai Джейхун Эфенди: «Невозможно быть честным в работе и лжецом в личной жизни» : [arx. 20 Oct 2017 - 23 Jan 2018] : [rus.] // 1news.az. — 2013. — 30 января. — Müraciət tarixi: 21.07.2021.

Şablon:Yaxşı məqalə