Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Ceyhun Əfəndi

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 10:03, 21 iyul 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Ceyhun Əfəndi
Əfəndiyev Ceyhun Vüsal oğlu
ing. Jeyhun Efendi
Ceyhun Əfəndi
Ceyhun Əfəndi, 2013-cü il.
Doğum tarixi 22 iyul 1979 (1979-07-22) (44 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan

Ceyhun Əfəndi — beynəlxalq səviyyədə dtanınmış iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidenti, şair Hikmət Ziyanın nəvəsi.

Haqqında məlumatlar

22 iyul 1979-cu il tarixdə Bakıda anadan olub.

Təhsili

1986-cı ildə Bakı şəhərindəki 174 saylı məktəbin birinci sinfinə gedib.

1994-cü ildə Texas Universitetinə (ABŞ) qəbul olunub. Sonra təhsilini “Qərb” Universitetində tamamlayıb. Daha sonra Bredford Universitetində (Böyük Britaniya) МВА (ing. eM-Bi-Ey – master of business administration) diplomu alıb.

Əmək fəaliyyəti

1997-ci ildə “Emireyts” (ing. Emirates) aviokompaniyasının Bakı ofisində işləməyə başlayıb. Həmin vaxt aviokompaniya rəhbərliyi MDB və Bakı reyslərinin inkişaf etdirilməsində maraqlı idi. Amma ki 1999-cu ildə bu reyslərin rentabelli olmadığı məlum olur və bununla əlaqədar olaraq aviokompaniyanın Bakı ofisi bağlanır, Ceyhun Əfəndi isə aviokompaniyanın Dubayda yerləşən mərkəzi ofisində işləməyə göndərilir. Ceyhun Əfəndi orada bir müddət satış üzrə menecer vəzifəsində çalışır. Amma “Emireyts” rəhbərliyinin MDB reyslərinə marağı hələ bitməmişdi, MBD ölkələrinə birbaşa aviareyslərin açılması perspektivlərinin müəyyənləşdirilməsi üçün şöbə yaradılır və şöbəyə rəhbərlik etmək Ceyhun Əfəndiyə tapşırılır.

2006-ci ildə Ceyhun Əfəndi bir il “Emireyts” aviokompaniyasının Banqkokda yerləşən Tailand və Hind-Çin üzrə ofisinin direktoru vəzifəsində də çalışıb.

2007-ci ildən isə “Emireyts” aviokompaniyasının törəmə şirkəti olan “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidentidir.

Ədəbiyyat

  1. Александрова Н. Коммерческий директор авиакомпании flydubai Джейхун Эфенди: «Невозможно быть честным в работе и лжецом в личной жизни» : [arx. 20 Oct 2017 - 23 Jan 2018] : [rus.] // 1news.az. — 2013. — 30 января. — Müraciət tarixi: 21.07.2021.

Şablon:Yaxşı məqalə