Ceyhun Əhmədxanov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Ceyhun Əhmədxanov
Əhmədxanov Ceyhun Xanlar oğlu
Ceyhun Əhmədxanov
Ceyhun Əhmədxanov.
Doğum tarixi 18 oktyabr 1988(1988-10-18)
Doğum yeri Lökbatan, Bakı şəhəri, Qaradağ rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 30 noyabr 2021 (33 yaşında)
Vəfat yeri Qaraheybət Aviasiya Poliqonu, Xızı rayonu, Azərbaycan
Dəfn yeri II Şəhidlər Xiyabanı, Bakı, Azərbaycan
Vəfat səbəbi aviasiya qəzası
Vətəndaşlıq Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Atası Əhmədxanov Xanlar
Anası Seyidova Rəqiybə
Təhsili

 • Azərbaycan Tibb Universiteti, müalicə-profilaktika fakültəsi

 • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, dövlət və bələdiyyə idarəetməsi ixtisası (–2021)
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Dövlət Sərhəd Xidməti
Rütbə kapitan
Vəzifəsi həkim
Təltifləri 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

Ceyhun Əhmədxanov (1988–2021) — tibb xidməti kapitanı, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşı.

Haqqında məlumatlar

18 oktyabr 1988-ci il tarixdə Qaradağ rayonunun (Bakı şəhəri) Lökbatan qəsəbəsində anadan olub. Əslən Şəki rayonunun Qumux kəndindəndir.

Təhsili

Bakı şəhər 288 saylı orta məktəbini və Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib.

2021-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə (bakalavr pilləsi) ikinci ali təhsilini başa vudub.

Əmək və hərbi fəaliyyəti

Hərbçi-həkim kimi həqiqi hərbi xidmətdə olduqdan sonra əvvəlcə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, sonra isə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həkim işləyib.

Vətən Müharibəsi iştirakçısıdır.

Vəfatı

30 noyabr 2021-ci il tarixdə Xızı rayonu ərazisindəki Qaraheybət Aviasiya Poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin helikopterində təlim uçuşlarında iştirak edərkən helikopterin qəzaya uğraması nəticəsində həlak olub.

1 Dekabr 2021-ci il tarixdə Bakıdakı II Şəhidlər Xiyabanında dəfn olunub.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Hadisədən 13 dəqiqə öncə foto paylaşan igidimiz - Ceyhun Əhmədxanovun fotoları : [arx. 02.12.2021] // 7news.az. — 2021. — 30 noyabr. — Müraciət tarixi: 02.12.2021.
  2. Qəzadan iki gün sonra nişanı olacaqdı… : [arx. 02.12.2021] // Qafqazinfo.az. — 2021. — 1 dekabr. — Müraciət tarixi: 02.12.2021.

Həmçinin, bax: