Ceyhun Əhmədxanov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Sətir 58: Sətir 58:
30 noyabr 2021-ci il tarixdə Xızı rayonundakı Qaraheybət Aviasiya Poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin helikopteri ilə təlim uçuşlarında iştirak edərkən baş vermiş qəza nəticəsində həlak olub.

1 dekabr 2021-ci il tarixdə Bakıda İkinci Şəhidlər Xiyabanında dəfn olunub.
1 dekabr 2021-ci il tarixdə Bakıda İkinci Şəhidlər Xiyabanında dəfn edilib.

====Təltif və mükafatları ====
====Təltif və mükafatları ====

00:40, 18 oktyabr 2022 versiyası

Ceyhun
Əhmədxanov
Əhmədxanov Ceyhun Xanlar oğlu
Ceyhun Əhmədxanov
Ceyhun Əhmədxanov.
Doğum tarixi 18 oktyabr 1988(1988-10-18)
Doğum yeri Lökbatan, Bakı şəhəri, Qaradağ rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 30 noyabr 2021 (33 yaşında)
Vəfat yeri Qaraheybət Aviasiya Poliqonu, Xızı rayonu, Azərbaycan
Dəfn yeri İkinci Şəhidlər Xiyabanı, Bakı, Azərbaycan
Vəfat səbəbi aviasiya qəzası
Vətəndaşlıq Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Atası Əhmədxanov Xanlar
Anası Seyidova Rəqiybə
Təhsili

 • Azərbaycan Tibb Universiteti, müalicə-profilaktika fakültəsi

 • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, dövlət və bələdiyyə idarəetməsi ixtisası (–2021)
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Dövlət Sərhəd Xidməti
Rütbə kapitan
Vəzifəsi həkim
Təltifləri 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı"Vətən uğrunda" medalı — 2022

Ceyhun Əhmədxanov (1988–2021) — tibb xidməti kapitanı, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşı.

Haqqında məlumatlar

18 oktyabr 1988-ci il tarixdə Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində anadan olub. Əslən Şəki rayonunun Qumux kəndindən idi.

Təhsili

Bakı şəhər 288 saylı orta məktəbini və Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib.

2021-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə (bakalavr pilləsi) ikinci ali təhsilini başa vurub.

Əmək və hərbçi fəaliyyəti

Hərbçi-həkim kimi həqiqi hərbi xidmətdə olduqdan sonra əvvəlcə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, sonra isə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həkim işləyib.

Vətən Müharibəsi iştirakçısıdır.

Vəfatı

30 noyabr 2021-ci il tarixdə Xızı rayonundakı Qaraheybət Aviasiya Poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin helikopteri ilə təlim uçuşlarında iştirak edərkən baş vermiş qəza nəticəsində həlak olub.

1 dekabr 2021-ci il tarixdə Bakıda İkinci Şəhidlər Xiyabanında dəfn edilib.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Hadisədən 13 dəqiqə öncə foto paylaşan igidimiz - Ceyhun Əhmədxanovun fotoları : [arx. 02.12.2021] // 7news.az. — 2021. — 30 noyabr. — Müraciət tarixi: 02.12.2021.
  2. Qəzadan iki gün sonra nişanı olacaqdı… : [arx. 02.12.2021] // Qafqazinfo.az. — 2021. — 1 dekabr. — Müraciət tarixi: 02.12.2021.

Həmçinin, bax: