Prezident İlham Əliyev cənablarının dediyi kimi, “xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir”, bəli vətəndaş Vüqar SəfərliƏhməd İsmayılov! – xalq bizi dəstəkləyir, sizi yox, sizin medianızı da yox!!!
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Ceyhun Əhmədxanov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:06, 23 dekabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Ceyhun
Əhmədxanov
Əhmədxanov Ceyhun Xanlar oğlu
Ceyhun Əhmədxanov
Ceyhun Əhmədxanov.
Doğum tarixi 18 oktyabr 1988(1988-10-18)
Doğum yeri Lökbatan, Bakı şəhəri, Qaradağ rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 30 noyabr 2021 (33 yaşında)
Vəfat yeri Qaraheybət Aviasiya Poliqonu, Xızı rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri II Şəhidlər Xiyabanı, Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi aviasiya qəzası
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Atası Əhmədxanov Xanlar
Anası Seyidova Rəqiybə
Təhsili

 • Azərbaycan Tibb Universiteti, müalicə-profilaktika fakültəsi

 • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, dövlət və bələdiyyə idarəetməsi ixtisası (–2021)
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Dövlət Sərhəd Xidməti
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının kapitanı.png kapitan
Vəzifəsi həkim
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Ceyhun Əhmədxanov (1988–2021) — tibb xidməti kapitanı, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşı.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

18 oktyabr 1988-ci il tarixdə Qaradağ rayonunun (Bakı şəhəri) Lökbatan qəsəbəsində anadan olub. Əslən Şəki rayonunun Qumux kəndindəndir.

Təhsili[redaktə | HTML redaktə]

Bakı şəhər 288 saylı orta məktəbini və Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib.

2021-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə (bakalavr pilləsi) ikinci ali təhsilini başa vurub.

Əmək və hərbçi fəaliyyəti[redaktə | HTML redaktə]

Hərbçi-həkim kimi həqiqi hərbi xidmətdə olduqdan sonra əvvəlcə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, sonra isə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həkim işləyib.

Vətən Müharibəsi iştirakçısıdır.

Vəfatı[redaktə | HTML redaktə]

30 noyabr 2021-ci il tarixdə Xızı rayonundakı Qaraheybət Aviasiya Poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin helikopteri ilə təlim uçuşlarında iştirak edərkən baş vermiş qəza nəticəsində həlak olub.

1 Dekabr 2021-ci il tarixdə Bakıda II Şəhidlər Xiyabanında dəfn olunub.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Hadisədən 13 dəqiqə öncə foto paylaşan igidimiz - Ceyhun Əhmədxanovun fotoları : [arx. 02.12.2021] // 7news.az. — 2021. — 30 noyabr. — Müraciət tarixi: 02.12.2021.
  2. Qəzadan iki gün sonra nişanı olacaqdı… : [arx. 02.12.2021] // Qafqazinfo.az. — 2021. — 1 dekabr. — Müraciət tarixi: 02.12.2021.

Həmçinin, bax:[redaktə | HTML redaktə]