Ceyhun Həmidova — kimya elmləri namizədi, dosent, AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi.

Ceyhun Həmidova
Həmidova Ceyhun Şəfayət qızı
Ceyhun Həmidova
Ceyhun Həmidova.
Doğum tarixi 5 aprel 1955 (1955-04-05) (66 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi kimya
İş yeri AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, aparıcı elmi işçi
Elmi dərəcəsi kimya elmləri namizədi
Elmi adı dosent
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, kimya-texnologiya fakültəsi (1972–1977)

Haqqında məlumatlarRedaktə

5 aprel 1955-ci il tarixdə Nuxada (indiki Şəki), qulluqçu ailəsində anadan olub.

TəhsiliRedaktə

1972 – 1977-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1977-ci ildə təyinatla Azərbaycan EA Aşqarlar Kimyası İnstitutuna göndərilib;

1977 – 2009-cu illərdə institutun polimer aşqarlar laboratoriyasında ardıcıl olaraq böyük laborant, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmış,

2010-cu ildən isə aparıcı elmi işçi olmuşdur.

Elmi fəaliyyətiRedaktə

1985-ci ildə dissertant kimi təsdiq edilib.

1990-cı ildə “Alfa-olefin oliqomerləri əsasında çoxfunksiyalı aşqarlar” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək neft kimyası ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsini alıb.

2011-ci ildə dosent elmi adını alıb.

2012-ci ildə neft kimyası ixtisasından elmlər doktoru hazırlığı üzrə dissertant təsdiq edilib və “С4-С6 alfa-olefinlər əsasında oliqomer və birgə oliqomerlərin sintezi, funksiyalaşdırılması və aşqar kimi tədqiqi” mövzusunda dissertasiya işi üzərində çalışır.

145 elmi əsərin (56-sı xaricdə çap olunub), 30 müəlliflik şəhadətnaməsinin müəllifidir.

MükafatlarıRedaktə

  • “Əmək veteranı” adı.

ƏdəbiyyatRedaktə

  1. "Aşqarlar Kimyası İnstitutunun fəlsəfə doktorları/Həmidova Ceyhun Şəfayət qızı". http://www.science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 16 Jan 2017 – 24 Sep 2020 tarixində arxivləşdirilib.