Ceyran Mahmudova

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (müzakirə | redaktələr) tərəfindən edilmiş 20:08, 4 iyul 2020 tarixli redaktə
Ceyran Mahmudova
Doğum tarixi 19.7.1964
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Atası Emin Sabitoğlu

Ceyran Emin qızı Mahmudova (Şablon:DVTY) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri.

Haqqında məlumatlar

19 iyul 1964-cü il tarixində Bakıda anadan olub.

Təhsili

1971 – 1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində,

1982 – 1987-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində,

1987 – 1990-cı ilərdə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında təhsil alıb.

İş yerləri

1990 – 1996-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutununda kiçik elmi işçi, elmi işçi, baş elmi içşi,

1991 – 2017-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında əvvəl müəllim, sonra dosent, daha sonra profesor,

2017 – 2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin dekanı vəzifəsində vəzifəsində çalışıb.

30 iyul 2018-ci il tarixindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.

Elmi fəaliyyəti

1994-cü ildə “Azərbaycan təsniflərinin problemləri” adlı mövzuda namizədlik, 2012-ci ildə “Azərbaycan bəstəkarlarının mahnılarında poeziya ilə musiqinin qarşılıqlı əlaqələri” adlı mövzuda doktorluq dissertasiyası müdafiə edib.

2003-cü ildə dosent,

2017-ci ildə professor elmi adını alıb.

3 monoqrafiya, 3 dərs vəsaiti, 50-dən çox elmi, 40-dan artıq elmi-publisistik məqalənin, fənn proqramlarının və metodik göstərişlərin müəllifidir. Respublika və beynəlxalq miqyaslı bir sıra elmi konfrans və simpoziumlarda iştirak edib.

Digər

2010-cu ildən Ali Attestasiya Komissiyasının sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının üzvüdür.

Azərbaycan Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvüdür.

2010 – 2014-cü illərdə Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalında “Musiqi xəzinəsi” verilişinin ssenari müəllifi və aparıcısı olub.

Ailəsi

Filmoqrafiya

  1. Gün keçdi (film, 2012).

Ədəbiyyat

  • musigi-dunya.az (azərb.). musigi-dunya.az http://composers.musigi-dunya.az/az/musigishunas_m.html (#bare_url_missing_title). 10 May 2009 – 2 Dec 2019 tarixində arxivləşdirilib.
  • MAHMUDOVA CEYRAN EMİN QIZI (CEYRAN SABİTOĞLU) // Məlumat kitabçası (2013 – 2019) / Azərbaycan Bəstəkarlar İttifaqı. — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. — Bakı, 2019. — Səh.: 164 – 165. — 200 nüsx. — ISBN 978-9952-440-31-6.
  • "REKTOR". admiu.edu.az (azərb.). admiu.edu.az. 15 Dec 2013 – 3 Mar 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə