Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Ceyran Mahmudova

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Ceyran Mahmudova
Mahmudova Ceyran Emin qızı (Sabitoğlu)
Ceyran Mahmudova
Ceyran Mahmudova, 2019-cu il.
Şəxsi məlumatlar
Doğum tarixi 19 iyul 1964 (1964-07-19) (59 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Emin Sabitoğlu

Təhsili

 • Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsi (1982–1987)

 • Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspiranturası (1987–1990)
Mükafatları "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı

Ceyran Mahmudova — tanınmış musiqişünas alim, sənətşünaslıq elmləri doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru. Tanınmış bəstəkar Emin Sabitoğlunun qızı, görkəmli yazıçı, dramaturq və ssenarist Sabit Rəhmanın nəvəsidir.

Haqqında məlumatlar

19 iyul 1964-cü il tarixində Bakıda anadan olub.

Təhsili

1971 – 1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində,

1982 – 1987-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində,

1987 – 1990-cı illərdə Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1990 – 1996-cı illərdə AMEA Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi, elmi işçi, baş elmi işçi,

1991 – 2017-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında əvvəl müəllim, sonra dosent, daha sonra professor,

2017 – 2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsinin dekanı vəzifəsində çalışıb.

30 iyul 2018-ci il tarixindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur.

Elmi fəaliyyəti

1994-cü ildə “Azərbaycan təsniflərinin problemləri” mövzusunda namizədlik,

2012-ci ildə “Azərbaycan bəstəkarlarının mahnılarında poeziya ilə musiqinin qarşılıqlı əlaqələri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

2003-cü ildə dosent,

2017-ci ildə professor elmi adını alıb.

3 monoqrafiya, 3 dərs vəsaiti, 50-dən çox elmi, 40-dan artıq elmi-publisistik məqalənin, fənn proqramlarının və metodik göstərişlərin müəllifidir. Respublika və beynəlxalq miqyaslı bir sıra elmi konfrans və simpoziumlarda iştirak edib.

Digər

2010-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının üzvüdür.

Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin üzvüdür.

2010 – 2014-cü illərdə “AzTv” və “Mədəniyyət” televiziya kanallarında efirə getmiş “Musiqi xəzinəsi” adlı verilişinin ssenari müəllifi və aparıcısı olub.

Təltifləri

Filmoqrafiya

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Mahmudova Ceyran // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 251. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Mahmudova Ceyran Emin qızı (Sabitoğlu) : [arx. 10 May 2009 - 5 Aug 2020] // Musigi Dunyasi. — Müraciət tarixi: 18.07.2021.
  3. Mahmudova Ceyran Emin qızı (Sabitoğlu) // Məlumat kitabçası (2013–2019) / Azərbaycan Bəstəkarlar İttifaqı. — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. — Bakı, 2019. — Səh.: 164–165. — 200 nüsx. — ISBN 978-9952-440-31-6.
  4. Rektor : [arx. 15 Dec 2013 - 3 Mar 2020] // Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. — Müraciət tarixi: 18.07.2021.