Coşqun Məmmədov — AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazasının müdiri vəzifəsində çalışır. AMEA Genetik Ehtiyatlar İnstitutunun dissertantı olmuş, "Bioloji ehtiyatlar" ixtisası üzrə Ph.D müdafiə etmişdir.

Coşqun Məmmədov
Məmmədov Coşqun İsrafil oğlu
Coşqun Məmmədov
Coşqun Məmmədov.
Doğum tarixi 23 may 1979 (1979-05-23) (44 yaş)
Doğum yeri Baş Şabalıd, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
İş yeri AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazası (bazanın müdiri)
Təhsili

 • Azərbaycan Kənd Təsərrüfatı Akademiyası (indiki Azərbaycan Dövlət Aqrar Universiteti), aqronomiya fakültəsi, bakalavriat şöbəsi

 • AKTA Genetik Ehtiyatlar İnstitutu, kənd təsərrüfatı bitkilərinin genetikası ixtisası, magistratura şöbəsi

 • AMEA Genetik Ehtiyatlar İnstitutunun Bioloji Ehtiyatlar ixtisası üzrə doktorantura
facebook səhifəsi

Haqqında məlumatlar Redaktə

23 may 1979-cu il tarixdə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub.

Təhsili Redaktə

1996 – 2000-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) bakalavr pilləsi üzrə,

2005 – 2008-ci illərdə isə AKTA - da "Kənd Təsərrüfatı bitkilərinin genetikası" ixtisası üzrə magistratura təhsili alıb.

2014-cü ildən AMEA Genetik Ehtiyatlar İnstitunda "Bioloji ehtiyatlar" ixtisası üzrə dissertanturaya qəbul olmuş, 15 dekabr 2023-cü il tarixində müdafiə edərək Biologiya üzrə Ph. D adı almışdır.

Əmək fəaliyyəti Redaktə

2004 – 2021-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzində işləyib; o cümlədən,

2004 – 2017-ci illərdə böyük laborant,

2017 – 2021-ci illərdə isə Elmi Mərkəzin Bitki Biomüxtəlifliyi və Genofond şöbəsinin rəhbəri vəzifəsini tutub.

2021-ci ilin avqust ayından AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazasının müdiridir.

Hərbi xidmətdə Redaktə

2000 – 2002-cü illərdə zabit kimi həqiqi hərbi xidmətdə olub.

Elmi işləri Redaktə

Çapdan çıxmış 15 elmi əsərin və bir kitabın müəllifidir. Gürcüstan, Türkiyə, Bolqarıstan,Ukrayna və Özbəkistanda beynəlxalq elmi konfransların iştirakçısı olmuş və elmi məqalələri dinlənilmişdir.

Ailəsi Redaktə

Ailəlidir, 1 qızı və 1 oğulu var.

Ədəbiyyat Redaktə

  1. Genofond və Biomüxtəliflik şöbəsi : [arx. 27 Jul 2017 - 15 Jun 2021] // AMEA Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 23.05.2022.